Caspian Cable Systems

Marketinq meneceri

Caspian Cable Systems
Ə/h razılaşma ilə
549
Tam iş günü
Bakı, Azərbaycan
16/01/2026 - 30/01/2026

İş haqqında məlumat

  • Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
  • Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
  • Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
  • Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
  • Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
  • Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
  • Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
  • Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
  • Marka mesajının doğru kommunikasiya kanalları vasitəsilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
  • PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Partnyorlarla daim ünsiyyətdə olmaq və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstək əldə etmək;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Qiymət strategiyasının işlənib hazırlanması üçün rəqib şirkətləri üzrə qiymət araşdırmasının aparılması;
  • Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
  • Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
  • Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
  • Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi.
  • Brendin tanıdılması üçün aktyor və rejissorlarla fərdi görüşlərin keçirilməsi
  • Tanınmış iş adamları, şirkət rəhbərləri və dizaynerlərlə Şirkət məhsullarının təqdimatı və tanımı istiqamətində görüşlər keçirmək
  • Aylıq və illik hesabatlar hazırlamaq 

İş şərtləri:

  • 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
  • Əmək haqqı: razılaşma əsasında
  • İş yeri Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.

Tələblər

  • Yaşı: 21-35 yaş
  • Təhsil tələbləri: Bakalavr
  • Staja dair tələb: Ən azı 3 il 

İxtisas səriştələri:

  • Effektiv ünsiyyət
  • Satış bilikləri
  • Təqdimetmə
  • Operativlik
  • Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

  • MS Office Outlook1 C

Dil bilikləri:

  • Azərbaycan, Rus və İngilis dillərini danışıq səviyyədə bilməli

Oxşar vakansiyalar