Bakı,
Azərbaycan
03.10.2025 02:37
-
03.11.2025 12:00
İş haqqında məlumat
- Marketing materiallarının hazırlanmasına nəzarət və koordinasiya;
- Broşür, kataloq, flayer, billboard və digər çap materiallarının dizayn və istehsal proseslərinin sifariş verilməsi və icrasına nəzarət;
- Reklam materiallarının satış ofislərinə və digər nöqtələrə çatdırılmasının təşkili;
- Reklam agentlikləri və tədarükçülərlə əlaqələrin idarə olunması;
- Agentliklər, çap evləri, media kanalları ilə gündəlik işgüzar yazışmalar və tapşırıqların icrasının koordinasiyası;
- Təkliflərin toplanması, müqayisəsi və müqavilə şərtlərinin işlənməsində iştirak;
- Açıq hava reklamlarının tədarükü və təlimatı;
- Layihələr üzrə açıq hava (outdoor) reklam yerlərinin sifarişi və quraşdırma proseslərinin koordinasiyası;
- Reklam materiallarının vaxtında yerləşdirilməsinə nəzarət;
- Marketing komandası ilə tədbir planlarının hazırlanması;
- Daxili tədbirlərdən əlavə layihələrdə istifadə olunacaq materialların hazırlanmasına dəstək;
- Layihə materiallarının, posterlərinin, bukletlərinin sifarişi və yerləşdirilməsinə nəzarət.
İş şəraiti
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir;
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur;
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi).
Müraciət qaydası:
- Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Mütəxəssisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq və ya reklam sahəsində minimum 1 il iş təcrübəsi;
- Rəqəmsal marketinq alətləri (Google Ads, Meta Business, SEO və s.) haqqında biliklər;
- Sosial media idarəçiliyi və məzmun yaradılması sahəsində təcrübə;
- Kreativ düşüncə, güclü analitik bacarıq və təşəbbüskarlıq qabiliyyəti;
- Microsoft Office proqramlarında (xüsusilə Excel və PowerPoint) işləmə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür;
- Tikinti sahəsində marketinq üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.