Bakı,
Azərbaycan
30.10.2025 04:20
-
30.11.2025 12:00
İş haqqında məlumat
- Şirkətin ümumi məqsədlərinə uyğun marketinq strategiyasını hazırlayır və həyata keçirir;
- Bazarın və rəqiblərin analizini aparır, trendləri izləyir və təkliflər hazırlayır;
- İllik marketinq planı və büdcəsini tərtib edir, icrasına nəzarət edir;
- Yeni məhsul və xidmətlərin bazara çıxarılması strategiyasını planlaşdırır;
- Şirkətin brend imicinin formalaşdırılması və qorunmasına cavabdehdir;
- Reklam, PR və kommunikasiya fəaliyyətlərini əlaqələndirir;
- Korporativ tədbirlər, sərgilər və promosyon aksiyalarının təşkilini təmin edir;
- Reklam materiallarının (broşür, banner, TV/radio çarxları və s.) hazırlanmasına rəhbərlik edir;
- Sosial media (Facebook, Instagram, LinkedIn, TikTok və s.) strategiyasını müəyyən edir və icrasına nəzarət edir;
- Google Ads, Meta Ads və digər onlayn reklam kampaniyalarının planlaşdırılması və nəticələrinin analizi;
- SEO və vebsayt kontentinin inkişafına nəzarət edir;
- Onlayn satış və rəqəmsal marketinq kanallarının effektivliyini ölçür və optimallaşdırır;
- Hər bir kampaniyanın ROI və KPI göstəricilərinə əsasən nəticə analizi aparır;
- Satış şöbəsi ilə birgə hədəf auditoriyanın davranışlarını analiz edir;
- Aylıq və rüblük marketinq hesabatlarını rəhbərliyə təqdim edir;
- Marketinq komandasının fəaliyyətinə rəhbərlik edir, iş bölgüsü aparır;
- Komanda üzvlərinin peşəkar inkişafını dəstəkləyir və motivasiya proqramları tətbiq edir;
- Layihələrin icrasına dair daxili koordinasiyanı təmin edir;
- Vəzifə: Marketinq Meneceri;
- Şirkət: Balique 2023 LTD MMC;
- İş yeri: Bakı şəh., Nəsimi ray., Əhməd Cavad 1;
- İş qrafiki: 5 günlük;
- Əmək haqqı: Nett 1000-1300
Müraciət qaydası:
CV göndər: [email protected]
Son müraciət tarixi: 30 Noyabr 2025
Əmək bazarında yerini tap, fürsəti qaçırma!
Bizimlə əlaqə:
Linkedin: Balique
Instagram: balique.az
Tələblər
- Təhsil : Ali təhsil (marketinq, biznes idarəçiliyi, kommunikasiya və ya əlaqəli sahə üzrə);
- İş təcrübəsi: Marketinq və ya reklam sahəsində minimum 3 il iş təcrübəsi (menecer səviyyəsində arzuolunandır);
- Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst, ingilis dili biliyi arzuolunandır;
- Kompüter bilikləri: MS Office (xüsusilə Excel və PowerPoint) bilikləri;
- Əlavə: Satış texnikaları, təqdimat bacarıqları, müştəri idarəçiliyi;
- Güclü kommunikasiya, liderlik və təşkilatçılıq bacarığı;
- Marketinq strategiyası, rəqəmsal reklam, brendinq və analitika sahəsində dərin biliklər;
- Sosial media və onlayn reklam platformaları (Meta Ads, Google Ads, TikTok Ads, LinkedIn Campaign Manager) ilə işləmək bacarığı.