Bakı,
Azərbaycan
30.10.2025 10:13
-
30.11.2025 12:00
İş haqqında məlumat
- Ərazi üzrə HORECA və Supermarket kanallarında yerləşən satış nöqtələrini mütəmadi ziyarət etmək;
- Brend standartlarına uyğun vitrin, rəf və soyuducu yerləşimlərini yoxlamaq və təmin etmək;
- Promosiya materiallarının (poster, wobler, shelf-talker, stiker, stend və s.) düzgün və tam şəkildə yerləşdirilməsinə nəzarət etmək;
- Kampaniyaların, aksiyaların və yeni məhsul təqdimatlarının ərazidə düzgün icrasını təmin etmək;
- Satış komandası ilə birlikdə nöqtələrdə satışın artırılmasına yönəlik təşəbbüslər irəli sürmək;
- HORECA tərəfdaşlarında brend aktivasiyaları, tadımlar, təqdimatlar və tədbirlərin təşkili zamanı dəstək vermək;
- Rəqib fəaliyyətlərini, qiymət və yerləşim dəyişikliklərini izləmək və hesabat vermək;
- Ərazi üzrə görülən işlər barədə gündəlik və həftəlik hesabatların hazırlanması;
- Şirkətin korporativ standartlarının və brend təlimatlarının yerinə yetirilməsinə nəzarət etmək.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi;
- Həftənin 1 günü ofis daxili, digər günləri ofis xaricində olacaqdır (ofisə gəlmədən ərazidə fəaliyyət göstərəcəkdir).s
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Ticari marketinq üzrə kiçik mütəxəssis” yazmaqla Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, Biznesin idarə edilməsi və ya əlaqələli sahələr);
- Komputer bilikləri: MS Office (Word, Power Point, Excel ) - əla;
- Dil bilikləri: Azərbaycan dili- əla;
- Təcrübə: Satış sahəsində 3 il təcrübə.
Fərdi keyfiyyət göstəriciləri:
- Analitik düşünmə bacarığı;
- Keyfiyyət yönümlülük;
- Qərarlı, müştəri yönümlü, rəqabəti bacaran;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- Planlaşdırma və problem həll etmə bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
- Sürücülük vəsiqəsi;
- Şəxsi avtomobil.