Caspel

Marketinq üzrə mütəxəssis

Caspel
Ə/h razılaşma ilə
3945
Tam iş günü
Bakı, Azərbaycan
19.09.2025 05:07 - 19.10.2025 12:00

İş haqqında məlumat

  • Bazar və rəqib araşdırmalarının aparılması, qiymət siyasətinin izlənməsi və nəticələrin hesabat şəklində təqdim olunması;
  • Şirkətin sosial media hesablarının (xüsusilə Instagram) idarə olunması: post dizaynlarının hazırlanması, paylaşımların planlanması, rəylərin və sorğuların cavablandırılması;
  • Müştəri zənglərinə və sosial şəbəkə üzərindən müraciətlərə operativ cavab verilməsi;
  •  CRM cədvəlinin işlənilməsi və müştəri məmnuniyyətinə diqqət göstərilməsi;
  • Şirkətin vebsaytında məhsulların yerləşdirilməsi, mövcud kontentin mütəmadi yenilənməsi;
  • Tədbirlər, sərgilər və promo aksiyaların təşkili, tərəfdaş və podratçılarla koordinasiya;
  • Broşür, kataloq, flayer, billboard və digər çap materiallarının sifarişi, dizayn və istehsal proseslərinə nəzarət;
  • Marketinq materiallarının hazırlanması və vaxtında çatdırılmasına nəzarət ;
  • Təqdimatlar və prezentasiyaların hazırlanması, dizayn olunması və rəhbərliyə təqdim edilməsi;
  • Marketinq şöbəsinin fəaliyyəti çərçivəsində qarşıya çıxan digər gündəlik məsələlərin operativ həllini həyata keçirir;
  • Satış və digər əlaqədar şöbələrlə koordinasiyanın təmin olunması.

Tələblər

  • Marketinq, biznes və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Minimum 1 il iş təcrübəsi (IT və ya xidmət sektorunda üstünlükdür);
  • Yaradıcı yanaşma, analitik düşüncə və nəticəyönümlülük;
  • Dizayn proqramları ilə işləmə bacarığı (Canva, Photoshop və s.).


Şəxsi keyfiyyətlər:
 

  • Diqqətli;
  • Məsuliyyətlilik;                                                                                              
  • Məqsədyönlülük;
  • Loyallıq və punktual olmalı;
  • Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Tapşırıqları operativ icra etmə qabiliyyəti.


Oxşar vakansiyalar