Max Print

Marketoloq

Max Print
1500 - 2000 ₼
239
Tam iş günü
Bakı, Azərbaycan
15/09/2026 - 29/09/2026

İş haqqında məlumat

MAX PRINT komandamıza təcrübəli və nəticəyönümlü Marketoloq axtarırıq.

İş yeri - Bakı şəhəri, Əlibəy Hüseynzadə küç. 84, AZ1014

İş qrafiki

  • 5 günlük iş həftəsi (5/2)
  • Tam ştat

Əmək haqqı - 1500 – 2000 AZN + (namizədin bilik və təcrübəsinə uyğun olaraq)

Vəzifə öhdəlikləri

  • Şirkətin marketinq strategiyasının hazırlanması və icrası;
  • Reklam kampaniyalarının planlaşdırılması, idarə olunması və effektivliyinin ölçülməsi;
  • Rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsi;
  • Sosial media və digər kommunikasiya kanalları üzrə marketinq fəaliyyətlərinin koordinasiyası;
  • Bazar araşdırmalarının aparılması və rəqib analizlərinin hazırlanması;
  • Brendin tanınmasının artırılması istiqamətində yeni təşəbbüslərin irəli sürülməsi;
  • Satış komandasına marketinq dəstəyinin göstərilməsi;
  • Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması;
  • Reklam və promo materiallarının hazırlanmasına nəzarət;
  • Aylıq və rüblük hesabatların hazırlanması.

Tələblər

  • Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Rus və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı (mütləqdir);
  • Rəqəmsal marketinq alətləri üzrə biliklər (Google Ads, Google Analytics, Meta Ads və s.);
  • Marketinq planlama və layihə idarəetmə bacarıqları;
  • Analitik düşünmə və nəticəyönümlü yanaşma;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
  • Kreativ düşüncə və təşəbbüskarlıq;
  • Komandada işləmək və eyni zamanda müstəqil qərar qəbul etmək bacarığı;
  • Vaxtın effektiv idarə olunması və çoxsaylı layihələrlə işləmək bacarığı.

Təklif edirik

  • Azərbaycanın aparıcı reklam şirkətlərindən birində karyera imkanı;
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera inkişafı və təlim imkanları;
  • Motivasiyaedici bonus sistemi;
  • Maraqlı və böyükmiqyaslı layihələrdə iştirak imkanı.

Oxşar vakansiyalar