Superfon

Məhsul təlimləri üzrə mütəxəssis – təlimçi

Superfon
Ə/h razılaşma ilə
304
Tam iş günü
Bakı, Azərbaycan
05/06/2026 - 19/06/2026

İş haqqında məlumat

Şirkətin məhsul portfeli üzrə bilik səviyyəsinin artırılmasını təmin etmək, əməkdaşların məhsulların texniki xüsusiyyətləri, üstünlükləri və istifadə qaydaları üzrə peşəkar inkişafına dəstək vermək, məhsul təlim proqramlarını hazırlamaq və həyata keçirmək.

  • Məhsullar üzrə təlim proqramları hazırlamaq və keçirmək;
  • Yeni məhsulların satışa çıxarılması zamanı məhsul təqdimatları və məlumatlandırıcı sessiyalar təşkil etmək;
  • Məhsulların texniki xüsusiyyətləri, funksiyaları və üstünlükləri üzrə təlim materialları (təqdimatlar, video təlimlər, testlər, təlimat kitabçaları və s.) hazırlamaq və yeniləmək;
  • Satış və mağaza heyətinin məhsul biliklərini qiymətləndirmək və inkişaf sahələrini müəyyənləşdirmək;
  • Təlim sonrası bilik yoxlamaları və qiymətləndirmələr aparmaq;
  • Mağaza və region ziyarətləri həyata keçirərək məhsullar üzrə praktiki təlimlər vermək;
  • Məhsul üstünlüklərinin, texniki xüsusiyyətlərinin və istifadə qaydalarının əməkdaşlara düzgün çatdırılmasını təmin etmək;
  • Təchizatçılar və məhsul nümayəndələri ilə əməkdaşlıq edərək məhsul təlimlərinin təşkilində iştirak etmək;
  • Yeni məhsullar üzrə təlim planları hazırlamaq və tətbiqini təmin etmək;
  • Təlim fəaliyyəti üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Yeni işçilərin onboarding proqramları çərçivəsində məhsul təlimlərini keçirmək.

Təminatlar:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
  • Dinamik və peşəkar iş mühiti;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Korporativ mobil nömrə və danışıq limiti;
  • Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.

Tələblər

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
  • Təlim, retail, məhsul menecmenti, kateqoriya idarəetməsi və ya əlaqəli sahədə minimum 1-3 il iş təcrübəsi. Telefon, aksesuar, məişət texnikası və digər elektronika məhsulları sahəsində təcrübə üstünlük hesab olunur;
  • Məhsul təlimlərinin hazırlanması və keçirilməsi üzrə təcrübə;
  • Məhsulların texniki xüsusiyyətləri və funksional üstünlüklərini öyrənmək və təqdim etmək bacarığı;
  • Təlim metodologiyaları və böyüklərin öyrənilməsi prinsipləri üzrə biliklər;
  • Məhsul təqdimatı və auditoriya idarəetmə bacarıqları;
  • Təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bilik qiymətləndirmələrinin aparılması bacarığı;
  • MS Office proqramları üzrə yaxşı biliklər, xüsusilə PowerPoint və Excel;
  • Hesabat hazırlama və təqdimat bacarıqları;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Analitik düşüncə və məlumatları təhlil etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Təşkilatçılıq və planlama qabiliyyəti;
  • Məsuliyyətlilik, nəticəyönümlülük və detallara diqqətlilik;
  • Öyrənməyə və yeniliklərə açıq olmaq;
  • Ezamiyyət və region səfərlərində iştirak etməyə hazır olmaq;
  • Azərbaycan dili üzrə sərbəst bilik, rus dili biliyi üstünlük hesab olunur. İngilis dili biliyi məhsul materialları və texniki sənədlərlə işləmək üçün üstünlük hesab olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar