Superfon

Satış təlimləri üzrə mütəxəssis-təlimçi

Superfon
Ə/h razılaşma ilə
286
Tam iş günü
Bakı, Azərbaycan
05/06/2026 - 19/06/2026

İş haqqında məlumat

Şirkətin satış komandalarının peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, satış performansının artırılması, müştəri xidməti standartlarının tətbiqinin təmin olunması və davamlı təlim və inkişaf proqramlarının hazırlanaraq həyata keçirilməsi.

  • Satış texnikaları, müştəri xidməti, ünsiyyət və danışıqların aparılması üzrə təlim proqramları hazırlamaq və keçirmək;
  • Yeni işçilər üçün adaptasiya (onboarding) proqramlarını təşkil etmək və həyata keçirmək;
  • Satış komandaları üçün nəzəri və praktiki təlimlər, seminarlar və inkişaf sessiyaları keçirmək;
  • Təlim materiallarını (prezentasiya, skript, test, video və s.) hazırlamaq, yeniləmək və təkmilləşdirmək;
  • Satış əməkdaşlarının bilik və bacarıqlarını qiymətləndirmək, təlim ehtiyaclarını müəyyənləşdirmək (TNA);
  • Aşağı performans göstərən əməkdaşlar üçün fərdi inkişaf planları hazırlamaq və icrasını izləmək;
  • Satış rəhbərləri ilə əməkdaşlıq edərək əməkdaşların inkişafına yönəlmiş fəaliyyətlər həyata keçirmək;
  • Mağaza və region ziyarətləri həyata keçirmək, yerində müşahidələr aparmaq və kouçinq sessiyaları keçirmək;
  • Müştəri xidməti standartlarının və satış prosedurlarının tətbiqinə nəzarət etmək;
  • Satış prosesində müəyyən edilmiş inkişaf sahələri üzrə təlim və inkişaf tədbirləri hazırlamaq;
  • Təlimlərin effektivliyini ölçmək, təlim sonrası testlər və qiymətləndirmələr aparmaq;
  • Təlim və inkişaf fəaliyyəti üzrə aylıq və rüblük hesabatlar hazırlamaq;
  • Rəhbərliyə təlim nəticələri, inkişaf göstəriciləri və təkliflər üzrə təqdimatlar vermək.

Təminatlar:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
  • Dinamik və peşəkar iş mühiti;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Korporativ mobil nömrə və danışıq limiti;
  • Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.

Tələblər

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment, İnsan Resursları, Psixologiya və ya əlaqəli sahələr üzrə);
  • Təlim, satış və ya retail sahəsində minimum 2 il iş təcrübəsi;
  • Satış komandaları ilə işləmək təcrübəsi. Topdan və pərakəndə satış komandaları ilə işləmək təcrübəsi üstünlük hesab olunur;
  • Satış texnikaları üzrə dərin biliklər;
  • Müştəri davranışı və xidmət standartları üzrə biliklər;
  • Təlim metodologiyaları və böyüklərin öyrənilməsi prinsipləri üzrə biliklər;
  • Kouçinq və mentorluq bacarıqları;
  • MS Office proqramları (xüsusilə PowerPoint və Excel) üzrə biliklər;
  • Azərbaycan dili – səlis, rus və ingilis dili bilikləri üstünlük hesab olunur;
  • Güclü təqdimat bacarıqları;
  • Auditoriyanı idarə etmək bacarığı;
  • Yüksək ünsiyyət və inandırma qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Vaxtın effektiv idarə olunması bacarığı;
  • Ezamiyyət və region səfərlərində iştirak etməyə hazır olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar