Veysəloğlu Şirkətlər Qrupu

Məlumat Bazasının İnzibatçısı

Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
343
Tam iş günü
Bakı, Azərbaycan
01.07.2025 21:47 - 01.08.2025 12:00

İş haqqında məlumat

  • Verilənlər arxitekturasının başa düşülməsi, tələblərin toplanması və düzgün strukturun müəyyənləşdirilməsi;
  • Biznes ehtiyaclarına uyğun, optimallaşdırılmış və etibarlı verilənlər bazası strukturlarının layihələndirilməsi və MSSQL sistemlərinin quraşdırılması, konfiqurasiyası;
  • Rutin idarəetmə işlərinin həyata keçirilməsi:backup, restore, patching, health check;
  • Avtomatlaşdırılmış həllərin tərtib olunması  və inkişaf etdirilməsi (prosedurlar, triqqerlər, skalyar funksiyalar və s.);
  • SQL Server AlwaysOn Availability groups and Failover Clusters həllinin quraşdırılması və idarə olunması;
  •  Günlük tapşırıqların yerinə yetirilməsi, problemlərini həll olunması, digər bölmələrdən gələn tələblərin icra  olunması üçün devloper, infrastruktur,proqram dəstək komandaları ilə iş birliyi;
  • Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi;
  • Proqramlaşdırma və data mühəndisliyi komandasına T-SQL sorğuların yazılması və optimallaşdırılması üzrə dəstək verilməsi;
  • ETL paketlərinin (məsələn, SSIS) hazırlanması, saxlanılması və data köçürmə proseslərinin idarə olunması;
  • Performans problemi baş verdikdə server konfiqurasiyasının tənzimlənməsi də daxil olmaqla performansın yaxşılaşdırılması üçün ən optimal həllin seçilməsi;
  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı;
  • Təlim və sertifikat proqramlarına dəstək;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Tələblər

  • Kompüter elmləri, informasiya texnologiyaları və əlaqədar sahələr üzrə bakalavr təhsili;
  • MS SQL Server 2014/2016/2017 versiyalarında minimum 2 il real iş təcrübəsi;
  • Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi, HA texnologiyaları üzrə bilik və təcrübə;
  • SQL Server Integration Services (SSIS), SQL Server Analysis Services (SSAS)  üzrə biliklər;
  • Azure Cloud platforması və Azure xidmətləri ilə iş təcrübəsi üstünlükdür.
  • Windows server mühitində praktik iş bacarıqları;
  • Database monitorinq və idarəetmə vasitələri ilə tanışlıq;
  • Professional sertifikatların olması arzuolunandır (məsələn, MCSA, MCSE və s.).
  • Texniki ingilis dili bilikləri;
  • Güclü analitik düşüncə, problem həll etmə bacarığı.


Oxşar vakansiyalar