Bakı,
Azərbaycan
30.06.2025 15:20
-
30.07.2025 12:00
İş haqqında məlumat
- Server, yaddaş, ehtiyyat nüsxələnmə və bulud sistemlərinin gündəlik işini nəzarətə götürmək, optimallaşdırmaq və uyğunluqla idarə etmək;
- Sistem infrastruktur problemlərinin aradan qaldırılması və kök səbəb analizinin həyata keçirilməsi;
- Cari və gələcək biznes tələblərinə uyğun sistem infrastruktur tutumunu izləmək və planlaşdırmaq;
- Problemlərin aşkarlanması, aradan qaldırılması və uzunmüddətli həllərin tətbiqinin təmin edilməsi;
- Sistem infrastruktur dəyişikliklərini qiymətləndirmək, planlaşdırmaq və idarə etmək, biznesə təsiri minimuma endirmək;
- Sistem infrastruktur aktivlərinin konfiqurasiya və sənədləşməsini hazırlamaq və idarə etmək;
- İdarəetmə tapşırıqlarını və sistem infrastruktur çərçivəsində avtomatlaşdırmaq üçün skriptlər hazırlamaq (Azure Cloud Shell, Powershell) və alətlər idarə etmək;
- Sistem infrastrukturunda baş verən fövqəladə hallar zamanı operativ reaksiya vermək, xidmətin fasiləsizliyini təmin etmək və hadisə zamanı bütün maraqlı tərəflərlə koordinasiyalı və aydın şəkildə ünsiyyət qurmaq bacarığı;
- Bulud əsaslı infrastrukturun (Azure, M365) idarə olunması və hibrid mühitlərlə inteqrasiyanı təmin etmək;
- Fəlakətdən bərpa (DR) planlarını hazırlamaq, mütəmadi testlər keçirmək və uğursuzluqlardan sürətli bərpa olunmanı təmin etmək;
- Sistem etibarlılığının, performansının və əməliyyat səmərəliliyinin artırılması üçün təşəbbüsləri müəyyənləşdirmək, təklif etmək və idarə etmək;
- Sistem infrastruktur xidmətlərinin şirkətin siyasətləri və normativ sənədləri ilə uyğunluğunu təmin etmək;
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı;
- Təlim və sertifikat proqramlarına dəstək;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Tələblər
- Windows Server əməliyyat sistemlərinin, eləcə də onun rollarının (AD, CA, RDS, DNS, DHCP) quraşdırılması və idarə edilməsi;
- Microsoft Azure və Microsoft 365 sahəsində təcrübə arzuolunandır / üstünlük verilir;
- VMware vSphere üzrə iş təcrübəsi;
- Veeam Backup adn Replication üzrə iş təcrübəsi;
- IaaS, PaaS və SaaS bulud modelləri arasındakı fərqləri anlamaq;
- Public Cloud, Hybrid Cloud və Private Cloud modelləri arasındakı fərqləri anlamaq;
- Server, storage və SAN switch-lərin quraşdırılması və idarə edilməsi;
- Monitoring sistemləri ilə işləmə bacarığı (Azure Monitor, SolarWinds və s.);
- Ali təhsil;
- İngilis dili bilikləri;
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi;
- Problemlərin həll olunmasında kreativ yanaşma;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.