Avant Group

Memar (texniki ofis)

Avant Group
2000 - 2400 ₼
253
Tam iş günü
Bakı, Azərbaycan
05/06/2026 - 19/06/2026

İş haqqında məlumat

  • Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) hazırlanmasında iştirak edərək layihənin ilkin mərhələlərindən icrasına qədər bütün texniki və estetik aspektləri nəzərə alaraq işlərin planlaşdırılması və dizaynı ;
  • Memarlıq layihələrinin düzgün tətbiqini təmin etmək və layihənin məqsədinə uyğun olaraq dizayn və funksional tələbləri balanslaşdırmaq ;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini təmin etmək və s.
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək ;
  • Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib etmək ;
  • Memarlıq layihələrinin sahədə tətbiqi və ardıcılığına nəzarətin olunması ;
  • Dizayner  və digər aidiyyəti şəxslərlə mütəmadi olaraq qarşılıqlı işləmək bacarığı;
  • Tender şöbəsinə təqdim etmək üçün layihələr üzrə spesifikasiyaların hazırlanması
  • Layihə dizaynlarının təhlil edilməsi və oxunması bacarığı, xüsusilə memarlıq cizimlərini və planlarını başa düşmək ;
  • İş paketlərinin hazırlanmasında köməklik göstərmək və layihə planları üzrə konkret tapşırıqların bölüşdürülməsi ;
  • Layihə işlərinin vaxtında yerinə yetirilməsini təmin etmək, layihənin düzgün və səmərəli icra olunmasını izləmək.

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: 2000-2400 AZN net

Tələblər

  • Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi ;
  • İş təcrübəsi : Mülki tikinti sahəsində memar kimi ən azı 3-5 il iş təcrübəsi ;
  • Archicad, Autocad, Excel proqramlarında işləmə bacarığı ;
  • Materiallar haqqında bilik ;
  • Sahələrdə yerində həll qabiliyyəti və bacarığı ;
  • İş həcmlərinin hesablanmasını bilmək ;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar