Bakı,
Azərbaycan
22/05/2026
-
05/06/2026
İş haqqında məlumat
Tikinti sektorunda fəaliyyət göstərən şirkətimiz yeni layihələr üçün peşəkar və məsuliyyətli MEP Engineer axtarır. Əgər siz mexaniki, elektrik və santexnika sistemləri üzrə təcrübəyə sahibsinizsə və iri tikinti layihələrində çalışmaq istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri:
- MEP sistemlərinin layihəyə uyğun icrasına nəzarət etmək
- Mexaniki, elektrik və santexnika işlərinin koordinasiyasını təmin etmək
- Sahədə görülən işlərin texniki standartlara uyğunluğunu yoxlamaq
- Podratçı və subpodratçılarla iş prosesinin idarə olunması
- Layihə cədvəlinə uyğun işlərin icrasına nəzarət
- Texniki problemlərin operativ şəkildə həll olunması
- Shop drawing və as-built sənədlərinin yoxlanılması
- Material və avadanlıqların keyfiyyətinə nəzarət
Şirkət təklif edir:
- Stabil iş mühiti
- Nahar/ servis təmin edilir
- Maraqlı və böyük layihələrdə iştirak
- Rəqabətli əmək haqqı
İş qrafiki: Full-time
İş yeri: Tikinti sahəsi Ələt
Tələblər
- Ali təhsil (Mexanika, Elektrik və ya İnşaat mühəndisliyi üzrə)
- Tikinti sahəsində minimum 3-5 il iş təcrübəsi
- MEP sistemləri üzrə texniki biliklər
- AutoCAD, MS Office və digər mühəndis proqramlarını bilməsi üstünlükdür
- Layihə oxuma və analiz etmə bacarığı
- Məsuliyyətli, operativ və komandada işləmə bacarığı
- İngilis və rus dili biliyi üstünlük hesab olunur
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.