

78303 noyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYoxdur
TəhsilÜmumi-orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYoxdur
TəhsilÜmumi-orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
İş haqqında
Əsas vəzifə öhdəlikləri:
- Binada mövcud olan mexaniki mühəndis sistemlərinin fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək.
- Su təchizatı, kanalizasiya, istilik, soyutma, havalandırma, kondisioner, drenaj, qazanxana və nasos sistemlərinin texniki vəziyyətinə gündəlik nəzarət etmək.
- Mexaniki texniki heyətin gündəlik fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək.
- Mexaniki sistem və avadanlıqlar üzrə profilaktik baxış, texniki xidmət və təmir işlərinin təsdiq edilmiş qrafiklərə uyğun icrasını təşkil etmək.
- Avadanlıqlarda yaranan nasazlıqları vaxtında müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılması üçün zəruri tədbirlər görmək.
- Su sızması, kanalizasiya tutulması, nasosların sıradan çıxması və digər qəza hallarında operativ müdaxilə etmək, texniki heyətin işini əlaqələndirmək.
- Mexaniki avadanlıqların texniki istismar, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun istifadəsinə nəzarət etmək.
- Texniki xidmət və təmir işləri üçün tələb olunan alət, material və ehtiyat hissələrinə olan tələbatı müəyyən etmək və təminatla bağlı rəhbərliyə məlumat vermək.
- Görülmüş işlərin, aşkar edilmiş nasazlıqların və aradan qaldırılmış problemlərin texniki jurnallarda qeyd olunmasını təmin etmək.
- Briqada üzvlərinin əmək intizamına, iş qrafikinə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət etmək.
- Mexaniki sistemlərdə enerji və su itkilərinin azaldılması, avadanlıqların səmərəli istismarı istiqamətində tədbirlər görmək.
- Mexaniki sistemlərin texniki vəziyyəti, görülmüş işlər və mövcud problemlər barədə birbaşa rəhbərə mütəmadi məlumat vermək.
- Birbaşa rəhbər tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.
Vəzifənin ilkin tələbləri:
- Müvafiq texniki sahə üzrə orta ixtisas və ya ali təhsil;
- Mexaniki sistemlərin istismarı və texniki xidməti sahəsində iş təcrübəsi;
- HVAC, su təchizatı, kanalizasiya, istilik və nasos sistemləri üzrə praktiki biliklər;
- Texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması bacarığı;
- Texniki heyətin idarə edilməsi və işlərin koordinasiyası bacarığı;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək;
- Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı.


