UĞUR İNDUSTRY MMC

Mexanik (istehsalat sahəsi üzrə)

UĞUR İNDUSTRY MMC
Ə/h razılaşma ilə
2984
Tam iş günü
Xırdalan, Azərbaycan
09/01/2026 - 23/01/2026

İş haqqında məlumat

  • Mexaniki problemlərin növləri və onların yaranma səbəblərini aşkar etmək;
  • Avadanlıqların quraşdırılması və əsaslı təmirini həyata keçirmək;
  • İstehsalat sahələrinin məhsuldar şəkildə işləməsi üçün texnologiyaya uyğun şəkildə lazımi texniki təmir işlərini proqramlaşdırmaq və həyata keçirmək;
  • Avadanlıqlarda (dəyirmanlar, konveyorlar, çənlər, o cümlədən nasoslar, qaldırıcı mexanizmlər, kompressorlar, qızdırıcılar və s.) profilaktik təmir cədvəlinə uyğun olaraq təmir işlərinin aparılmasını təşkil etmək və ona nəzarət etmək;
  • İşin qaydasını, ardıcıllığını müəyyən edən, onların təhlükəsizliyini təmin etmək üçün lazımi materialların və vasitələrin mövcudluğunu müəyyən edən bütün təmir növlərinə dair təlimatları (axın sxemləri, təlimatlar, prosedurlar, işin təşkili layihələri) tərtib etmək;
  • Materialların, ehtiyat hissələrinin və alətlərin vaxtında qəbulunu, uçotunu, düzgün saxlanılmasını, təhlükəsizliyini və səmərəli istifadəsini təmin etmək;
  • Sahə avadanlığının mövcudluğu və hərəkəti, ehtiyat hissələrinin spesifikasiyası üzrə müvafiq sənədləşmənin aparılmasını təmin etmək;
  • Əməyin mühafizəsi qayda və normalarının tələblərinə uyğun olaraq işin təşkilini təmin etmək;
  • İstehsal avadanlıqlarının, alətlərinin, köməkçi vasitələrinin istismarı zamanı təhlükəsizliyi təmin etmək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

Təminatlar:

  • Əmək haqqı aralığı: 800-1200 AZN;
  • Nahar ilə təmin edilir.
  • Korporativ nömrə ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).

Tələblər

  • Yaş həddi 30-60; 
  • Texniki sahə üzrə ali təhsil;
  • İstehsalat sahəsi (Sement, Gips məhsulları) üzrə iş təcrübəsi (minimum 3 il);
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.