Intex Audit şirkəti
800 - 1000 ₼
1248
Tam iş günü
Bakı, Azərbaycan
29.05.2025 22:15 - 29.06.2025 12:00

İş haqqında məlumat

  • Sənədlərin (e-qaimə, bank əməliyyatlarının, əmək haqqı cədvəlinin və s.) 1C 8.3 proqramına işlənməsi;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
  • Vergi və mühasibat uçotunu aparmaq;
  • Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
  • Debitor və kreditor hesablaşmaları aparmaq;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
  • Gündəlik və aylıq hesabatları tərtib etmək;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim etmək.
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
  • Məxfilik prinsiplərini pozmamaq.
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;;
  • Mehriban, dinamik və daim köməyə hazır komanda;
  • 5 günlük iş rejimi (09:00 - 18:00);
  • Şəxsi və peşəkar inkişaf;
  • Ofisin mərkəzdə yerləşməsi.

Tələblər

  • Müvafiq sahədə ali təhsil diplomu
  • Minimum 3 il  mühasib təcrübəsi olmalı (Consulting firmalarda olması arzuolunandır);
  • Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
  • Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
  • İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə saldo cədvəllərini oxumağı bilməli;
  • 1C 8.3 mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
  • Fikrini aydın izah etmək, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.


Oxşar vakansiyalar