Bakı,
Azərbaycan
08.09.2025 10:44
-
08.10.2025 12:00
İş haqqında məlumat
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və maliyyə uçotunun aparılması;
- New-e-taxes, E-gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
- Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
- Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması
- Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
- Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
- Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək; şənbə 10:00-dan 14:00-dək;
- İstirahət: Bazar günü;
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Bül-bül pr 56 A.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalıdır.