Bakı,
Azərbaycan
29.09.2025 12:06
-
29.10.2025 12:00
İş haqqında məlumat
- Kreditor və debitor hesablaşmalarının izlənilməsi, öhdəliklərin vaxtında icrasına maliyyə nəzarəti;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, amortizasiyasının hesablanması və balansdan çıxarılması üzrə maliyyə uçotunun aparılması;
- Mallar və materialların hərəkətinə dair maliyyə uçotunun aparılması, silinmələrin düzgün rəsmiləşdirilməsi;
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin maliyyə uçotunda vaxtında əks olunmasının təmin edilməsi;
- İdxal əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin maliyyə hesabatlarına düzgün inteqrasiyası;
- Gündəlik və aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Əsas vəsaitlər və ehtiyatlar üzrə inventarizasiya prosesində iştirak, uçot və faktiki göstəricilər arasında fərqlərin maliyyə təhlili;
- Aylıq mal-material silgisinə nəzarət, sənədlərin yoxlanılması və hesabatlarda düzgün əks etdirilməsi;
- Bank əməliyyatlarının icrası və maliyyə dövriyyəsinə uyğun uçotunun aparılması.
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı.
İş yeri: Azerfloat QSC/ Kimya Sənaye Parkı
İş şəraiti:
- İş qrafiki: 5/7; 09:00-18:00;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Mövzü yerinə “Mühasib” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi;
- Excel-də mükəmməl işləmə bacarığı;
- ACCA F2, F3 arzuolunandır;
- İngilis dili üstünlükdür, rus dili arzuolunandır.
Xüsusi bacarıqlar:
- Dəqiqlik və detallara diqqət yetirə bilmə bacarığı;
- Müstəqil və komandada işləmək bacarığı;
- Düzgün analiz bacarığı;
- Analitik və tənqidi düşüncə.