Bakı,
Azərbaycan
10.09.2025 05:01
-
10.10.2025 12:00
İş haqqında məlumat
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Gündəlik mühasibat əməliyyatlarını həyata keçirmək, o cümlədən ödəniləcək hesablar üzrə məlumatları yoxlamaq, təsnif etmək və qeydiyyata almaq;
- Xarici xidmət təminatçıları, podratçılar və təchizatçıların ödəniş və hesablaşma detalları ilə əlaqələndirmək;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s;
- Mal-materialların uçotunun aparılması;
- Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi;
- Bütün əməliyyatların (Bank, Kassa, Alış , Satış, Əmək haqqı və s) 1C sisteminə daxil edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
Əmək şəraitinin şərtləri:
- İş yeri Bakı şəhəri ;;
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- İşə qəbul Azərbaycan Respublikası ƏM əsasında .
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına "Mühasib köməkçisi" başlığını qeyd edərək göndərə bilərlər.
Tələblər
- Ali təhsil (Maliyyə, mühasibatlıq və audit üzrə);
- və 1C proqramlarında istehsalat sahəsini işləmə biliyi vacibdir;
- İş təcrübəsi (1-2 il);
- Dəqiqlik;
- Diqqətlilik;
- Məsuliyyət;
- Komandada işləmək;
- Stressə davamlılıq;
- Analitik düşünmə və riyazi hesablama qabiliyyəti.