PJA MMC

Mühasib

PJA MMC
Ə/h razılaşma ilə
973
Tam iş günü
Bakı, Azərbaycan
21.10.2025 14:30 - 21.11.2025 12:00

İş haqqında məlumat

  • Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
  • Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Əmək haqqı hesablanması və uçotunun aparılması;
  • Bütün aparılmış əməliyyatların Maliyyə / Mühasibatlıq uçot proqramında (1C) yoxlanılması və izlənilməsi;
  • Debitor və kreditor hesablaşmalarına nəzarət edilməsi;
  • Xidməti Müqavilə (VÖEN) ilə çalışan işçilərin sənədləşmə işinin təşkili;
  • Maliyyə menecer tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.

İş şərtləri:

  • Ə/H namizədin təcrübəsinə əsasən dəyişiləcəkdir;
  • 5 günlük iş həftəsi (saat 10:00-19:00);
  • Rabitə xərcləri şirkət tərəfindən ödənilir;
  • İş yeri şəhərin mərkəzində yerləşir;
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Tələblər

  • Qeyd edilən sahədə iş təcrübəsi minimum 2 il;
  • Maliyyə, Mühasibat uçotu üzrə ali təhsil;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • E-gov.az, e-taxes.gov.az və digər aidiyyətı üzrə portallarda işləmə bacarığı;
  • MS Office excel proqramında işləmə bacarığı, (məsələn: SUMIF, VLOOK, TRİM, PVOT, INDEX və sair formulalar ilə praktik tanışlıq.);
  • 1C 8.3 mühasibatlıq proqramında işləmək bacarığı, iikoChain satış proqramında iş təcrübəsi (arzu olunandır);
  • Vergi və Əmək məcəlləsinin fundamental baza tələbləri ilə nəzəri/praktik tanışlıq;
  • Maliyyə hesabatları (Mənfəət və zərər, Balans Hesabatı və sair) və ümümi mühasibat əməliyyatları (baza müxabirləşmələr) barədə nəzəri/praktik biliklər;
  • Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilməsi arzuolunandır.


Oxşar vakansiyalar