Bakı,
Azərbaycan
08/10/2026
-
22/10/2026
İş haqqında məlumat
Xurcun komandamıza peşəkar və məsuliyyətli Mühasib axtarırıq.
İş şəraiti
- İş yeri: Ofis
- İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00
- Əmək haqqı: bilik və təcrübəyə əsasən müsahibə əsasında təyin olunacaq
Əsas vəzifələr:
- İlkin uçot sənədlərinin hazırlanması və mühasibat uçotunun aparılması
- Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta hesabatlarının hazırlanması
- Əmək haqqı, məzuniyyət və son haqq-hesabların hesablanması
- Elektron qaimə-faktura, hesab-faktura, təhvil-təslim və üzləşmə aktları ilə iş
- Bank və kassa əməliyyatlarının aparılması
- Mal-material uçotu, maya dəyərinin (food cost) hesablanması və inventarizasiyada iştirak
- Debitor və kreditor borclarının, gəlir və xərclərin uçotunun aparılması
- Aylıq hesabatların hazırlanması və maliyyə təhlillərində iştirak
Tələblər
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə Ali təhsil
- Mühasibat uçotu sahəsində minimum 2 il iş təcrübəsi
- HoReCa və ya Retail sahəsində təcrübə üstünlükdür
- Azərbaycan Respublikasının mühasibat, vergi və əmək qanunvericiliyi üzrə praktiki biliklər
- 1C 8.3, MS Excel — yaxşı səviyyədə
- E-taxes.gov.az, e-gov.az və digər elektron portallarla işləmək bacarığı
- Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və operativlik
- Süni intellekt alətlərindən (ChatGPT, Copilot, Gemini və s.) iş prosesində istifadə bacarığı üstünlükdür