

11920 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
İş haqqında
Mühasib axtarılır!
Komandamıza mühasibat uçotu və maliyyə əməliyyatları sahəsində təcrübəli, diqqətli və məsuliyyətli mütəxəssis axtarırıq!
Vəzifə öhdəlikləri- Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və müvafiq uçot registrlərində düzgün əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsini həyata keçirmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkəti ilə bağlı əməliyyatları vaxtında mühasibat uçotunda əks etdirmək;
- Debitor və kreditorlarla hesablaşmaların vaxtında və düzgün aparılmasını təmin etmək;
- Mal-material ehtiyatlarının mədaxil və məxaric əməliyyatlarını yoxlamaq və müvafiq məlumatları uçot proqramına daxil etmək;
- Bank və kassa əməliyyatlarının düzgünlüyünə nəzarət etmək;
- Təhtəlhesab şəxslərlə hesablaşmaların dəqiq və vaxtında uçotunu aparmaq;
- Debitor və kreditor borclarının vəziyyətini mütəmadi izləmək;
- 1C proqramında mühasibat əməliyyatlarını həyata keçirmək və müvafiq məlumatları emal etmək;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsini, rəsmiləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
- Elektron qaimə-fakturaları, hesab-fakturaları və digər mühasibat sənədlərini hazırlamaq;
- Vəzifə öhdəlikləri ilə əlaqədar işçilərin müraciət və sorğularını cavablandırmaq;
- İş prosesi zamanı əldə olunan məlumatların məxfiliyini qorumaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
- Vəzifə səlahiyyətləri çərçivəsində digər əmək funksiyalarını icra etmək.
- Maliyyə, vergi və ya mühasibat uçotu istiqaməti üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- 1C mühasibat proqramı üzrə bilik və praktiki istifadə bacarığı;
- Microsoft Excel proqramında işləmək bacarığı;
- İş prosesini müstəqil şəkildə planlaşdırmaq və tapşırıqları müəyyən edilmiş müddətdə icra etmək qabiliyyəti;
- Yüksək diqqətlilik, dəqiqlik və məsuliyyətlilik;
- Analitik düşünmə və detallara diqqət yetirmə bacarığı;
- Komanda ilə işləmək və effektiv işgüzar ünsiyyət qurmaq bacarığı.
- Vakansiya növü: Tam ştat.


