iMotors

Mühasib köməkçisi

iMotors
Ə/h razılaşma ilə
540
Tam iş günü
Bakı, Azərbaycan
20.08.2025 10:47 - 20.09.2025 12:00

İş haqqında məlumat

  • Mühasibat uçotunun aparılmasında mühasibə dəstək olmaq;
  • Gündəlik maliyyə əməliyyatlarının sənədləşdirilməsi;
  • Elektron qaimə-fakturaların hazırlanması və sistemə daxil edilməsi;
  • Bank əməliyyatlarının izlənməsi və sənədləşdirilməsi;
  • Mühasibat sənədlərinin arxivləşdirilməsi və saxlanması;
  • Vergi və digər dövlət orqanlarına təqdim ediləcək hesabatların hazırlanmasında iştirak;
  • Kassa aparatına nəzarət;
  • Tələb olunan digər işlərinin icrası.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatları: 09:00 – 18:00;
  • İş yeri: Nərimanov, Araz küçəsi 44 (Ulduz m/s).mm

Maraqlanan namizədlər mövzu yerində “mühasib köməkçisi” qeyd etməklə öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya oxşar sahə);
  • Mühasibatlıq üzrə baza biliklər;
  • MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Dəqiqlik, məsuliyyətlilik və vaxtında hesabat təqdim etmə bacarığı;
  • Komandada işləmə bacarığı və öyrənməyə meyillilik;
  • Müvafiq sahədə təcrübə arzuolunandır, lakin tələb olunmur.


Oxşar vakansiyalar