Bakı,
Azərbaycan
14.08.2025 10:46
-
14.09.2025 12:00
İş haqqında məlumat
- Kreditor və debitor hesabatlarının günlük və aylıq hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
- Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər verməsi;
- ƏDV, ÖMV və digər vergi bəyannamələrinin hazırlanması və elektron qaydada təqdim edilməsi;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq hesabatların hazırlanması və təqdim edilməsi;
- E-qaimələrin vergi portalında hazırlaması və müvafiq sistemdə idarə edilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
- Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Vergi üzrə mühasib” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Vergi məcəlləsi üzrə biliklərin olması.
- Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (müvafiq ixtisas üzrə);
- Təcrübə 1 il(müvafiq sahə üzrə).