Mühasib (satış və icarə əməliyyatları)
Sea Breeze Resort & Residences
Ə/h razılaşma ilə
1501
Tam iş günü
Bakı,
Azərbaycan
06/11/2025
-
06/12/2025
İş haqqında məlumat
Nardaran İnvest MMC Mühasib (satış və icarə əməliyyatları) vakansiyasını elan edir
- İcarəyə verilən obyektlərin reyestrinin aparılması;
- Obyektlərin gündəlik satış məlumatlarının reyestrdə qeydiyyata alınması;
- İlkin uçot sənədlərinin (aktlar, hesab-fakturalar və s.) hazırlanması və göndərilməsi;
- 1C proqramında satış əməliyyatlarının düzgün mühasibat müxabirləşmələrinin verilməsi;
- İcarəyə verilmə ilə bağlı e-qaimələrin tərtibi və göndərilməsi;
- Debitor borclarının izlənməsi və təhlili;
- Energetika şöbəsindən sayğac göstəricilərinin toplanması, icarəçilərə uyğun akt və e-qaimələrin hazırlanması.
İş şəraiti:
- İş vaxtı: Həftənin 1-5-ci günləri, 09:00-18:00;
- Servis vasitəsilə Koroğlu metrostansiyasından çatdırılma şirkət tərəfindən təmin edilir;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Könüllü tibbi sığorta paketi təqdim olunur.
Maraqlanan namizədlər mövzu hissəsində “Mühasib (satış və icarə əməliyyatları)” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Ali təhsil (mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsində);
- Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi;
- 1C proqramında işləmək bacarığı (xüsusilə satış və icarə əməliyyatları üzrə);
- Vergi Məcəlləsi və mühasibat uçotu prinsipləri barədə biliklər;
- Dəqiqlik, məsuliyyət və vaxtında hesabat təqdimetmə bacarığı.