Bakı,
Azərbaycan
19/03/2026
-
02/04/2026
İş haqqında məlumat
- Şirkətimiz mühasibatlıq sahəsində karyeraya başlamaq istəyən, yeni məzun və ya az təcrübəli namizədlər üçün təcrübə proqramı elan edir. Təcrübə müddəti ərzində namizədlər praktiki biliklər əldə edəcək və proqramı uğurla başa vuran şəxslər daimi işlə təmin olunacaqlar.
Əsas vəzifələr:
- İlkin mühasibat sənədlərinin hazırlanmasında iştirak
- Hesab-fakturaların və ödəniş sənədlərinin işlənməsi
- Mühasibat proqramlarında məlumatların daxil edilməsi
- Vergi və maliyyə hesabatlarının hazırlanmasında dəstək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası
İş şəraiti
- İş yeri: Bakı, 8 noyabr prospekti, Blue ofis
- İş rejimi: Tam iş günü
- Əmək haqqı: minimum əmək haqqı
Təklif edirik:
- 3-6 aylıq təcrübə proqramı
- Praktiki bilik və peşəkar inkişaf imkanı
- Təcrübə müddəti sonunda işlə təmin olunma imkanı
- Mehriban və peşəkar komanda mühiti
Tələblər
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil (yeni məzunlara üstünlük verilir)
- Mühasibatlığa maraq və öyrənməyə həvəs
- MS Office proqramlarında ilkin biliklər
- Məsuliyyətli, dəqiq və operativ olmaq
- İngilis və rus dilləri arzu olunandır
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.