Zayam Technologies Park OJSC

Mühəndis konstruktor

Zayam Technologies Park OJSC
Ə/h razılaşma ilə
341
Tam iş günü
Şəmkir, Azərbaycan
04/06/2026 - 18/06/2026

İş haqqında məlumat

Azmade Group -a daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC  “Mühəndis konstruktor” axtarışındadır.

  • Çizgilərin kompyuterdə mühəndis proqramlarında çəkilməsi və başqa texniki sənədləri tərtib edilməsini təmin etmək;
  • Layihənin təhlilinə və hesabatların hazırlanmasına kömək etmək, layihə ilə əlaqədar bütün suallar/ izahlar və paketlərlə bağlı təsdiqləri əldə etmək;
  • Layihə işlərini yaxşılaşdırmaq, səmərəli və dayanıqlı etmək üçün düzgün konstruktiv həllin seçilməsini təmin etmək;
  • Layihə üzrə texniki hesablamaları aparmaq; 
  • İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
  • Konstruktiv hesabatların aparılması,  Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
  • Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
  • Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
  • Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
  • Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş rejimi
  • Saat - 09:00-18:00 iş saatları
  • 13:00-14:00 nahar fasiləsi
  • İş yeri: Bakı şəhəri, Şəmkir rayonu

Tələblər

  • Təhsil: müvafiq sahədə Ali təhsil 
  • İş təcrübəsi: mühəndis konstruktor kimi 3 il (Tikinti layihələri, metal konstruksiya sahələrində)
  • MS office  yaxşı səviyyədə bilməli 
  • Dinamik, komanda ilə işləməyi bacaran
  • Hesabat hazırlama və analiz etmə bacarığı;
  • Yaxşı ünsiyyət, nəticəyönümlülük və komandada ilə işləmək bacarığı;
  • Metal konstruksiya işlərindən anlayışlı olmalı;
  • AUTOCAD, TEKLA, SOLIDWORKS proqramlarında işləmək bacarığı;
  • Əmək haqqı razılaşma yolu ilə;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.


Oxşar vakansiyalar