hrin.az
Reklam

Müqavilələr üzrə aparıcı mütəxəssis

Avant Construction

Əmək haqqı: 3000-4000 ₼

19224 noyabr 2026
Təcrübə5-10 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliYaxşı
İngilis diliYaxşı

İş haqqında

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Sifarişçi, podratçı və subpodratçılarla bağlanacaq müqavilələrin layihələrini şirkətin standart şablonları və FIDIC şərtləri əsasında tərtib etmək;
  • Xüsusi müqavilə şərtlərini (Particular Conditions), ödəniş qaydalarını, təminat və cərimə müddəalarını layihənin tələblərinə uyğun şəkildə formalaşdırmaq;
  • Müqavilə layihələrinin BOQ, texniki spesifikasiyalar, iş qrafikləri və tender nəticələri ilə uyğunluğunu yoxlamaq;
  • Müqavilə şablonları bazasını (standart formalar və əlavələr) idarə etmək və mütəmadi yeniləmək;
  • Tender sənədlərinin müqavilə ilə bağlı bölməsini hazırlamaq, tender müddətində müqavilə şərtlərinə dair daxil olan sorğuların cavab layihələrini tərtib etmək;
  • Təkliflərdə müqavilə şərtlərindən fərqlənən müddəaları və qeyd-şərtləri təhlil edərək risklərlə bağlı qeydləri Head of Commercial-a təqdim etmək;
  • Müqavilə danışıqlarında iştirak etmək və razılaşdırılmış şərtlərin müqavilə mətnində düzgün əks olunmasına nəzarət etmək;
  • Müqavilələr üzrə reyestri aparmaq: müqavilə dəyəri, VO-lar, icra mərhələləri, təminatlar, sığortalar və müddətlər barədə məlumatları qeyd etmək;
  • Bildiriş müddətləri, təminatların qüvvədəolma tarixləri və müqavilə mərhələləri üzrə xəbərdarlıq cədvəlini idarə etmək;
  • Müqavilələrlə bağlı rəsmi yazışmaların (bildirişlər, göstərişlər və cavablar) layihələrini hazırlamaq;
  • Müqavilə riskləri reyestrinin aktual vəziyyətdə saxlanılmasını təmin etmək;
  • VO tələblərinin müqavilə əsaslarını araşdırmaq və VO sənədlərini (əsaslandırma, dəyər və qrafikə təsir, təsdiqləyici sənədlər) hazırlamaq;
  • Variation Log-u aparmaq və VO-ların təsdiqlənmə vəziyyətini izləmək;
  • Təsdiq edilmiş VO-ları Xərclərə Nəzarət Şöbəsinə və PMO-ya yönləndirmək;
  • Təsdiq almamış işlər (unapproved works) barədə Head of Commercial-a vaxtında məlumat vermək;
  • IPC-lərin müqavilə müddəalarına (VO-lar, avansın geri tutulması, retention və digər tutulmalar) uyğunluğunun yoxlanılması prosesində iştirak etmək;
  • Yekun hesablaşma (final account) sənədlərini və müqavilənin bağlanması üçün tələb olunan sənədlər paketini hazırlamaq;
  • Contract Specialist-lər arasında layihələri bölüşdürmək, onların fəaliyyətini yoxlamaq və iş keyfiyyətinə nəzarət etmək;
  • Kommersiya prosedurlarının və standart şablonların hazırlanması, təkmilləşdirilməsi və yenilənməsi prosesində iştirak etmək.

Namizədə dair tələblər

  • İnşaat mühəndisliyi, kəmiyyət ölçmə (Quantity Surveying), hüquq və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • İnşaat sektorunda minimum 7 il, bununla yanaşı müqavilələrin idarə olunması sahəsində minimum 4 il iş təcrübəsi;
  • FIDIC müqavilə şərtləri üzrə praktiki biliklər və müqavilə layihələrinin hazırlanması təcrübəsi;
  • VO prosesləri və müqavilə administrasiyası üzrə iş təcrübəsi;
  • MS Office proqramları, xüsusilə Excel və Word üzrə yüksək səviyyədə biliklər;
  • MS Office proqramlarından (Word, Excel, Outlook, PowerPoint) istifadə bacarığı;
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək.

Əlavə məlumat

  • İş qrafiki: 5/2, 09:30–18:30;
  • Nahar: Şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: 3000–4000 AZN (net);
  • İş yeri: Çıraq Plaza.
Reklam