AzerGold CJSC

Müşavirin köməkçisi / İdarə Heyətinin katibliyi

AzerGold CJSC
Ə/h razılaşma ilə
877
Tam iş günü
Bakı, Azərbaycan
21.08.2025 10:25 - 21.09.2025 12:00

İş haqqında məlumat

  • Rəhbərin idarəçilik işlərinin Azərbaycan Respublikasının qanunvericilik tələblərinə və Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq təşkilində köməkçi fəaliyyətini icra etmək;
  • Cəmiyyətin ümumi fəaliyyətinin təşkilində öz səlahiyyətləri çərçivəsində iştirak etmək və onun işini əlaqələndirmək;
  • Rəhbərin göstərişi əsasında aidiyyəti struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı fəlaliyyətinin təşkil edilməsi üçün işlərin görülməsini təmin etmək;
  • Rəhbəri tərəfindən aidiyyəti şöbələrə və mütəxəssislərə verilən tapşırıqların icrası barədə onu məlumatlandırmaq;
  • Nəzarətində olan işlərin gedişatı və nəticələri barədə mütəmadi olaraq rəhbərinə hesabat və məlumatlar təqdim etmək;
  • Rəhbərinin rəsmi yazışmalarını təşkil etmək, daxil olan və göndərilən yazışmalarını nəzarətdə saxlamaq;
  • Dövlət qurumları, özəl müəssisə və təşkilatlarla işgüzar əlaqələr qurmaq və işgüzar görüşlərdə Cəmiyyəti təmsil etmək.

Tələblər

  • Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışıq bacarığı;
  • Microsoft Office, PBI və veb proqramlaşdırma sahəsində işləmək bacarığı;
  • Hesabatların hazırlanması ( Excel, Power Point);
  • GAP və SWOT analizləri aparmaq bacarığı;
  • Daxili və xarici yazışmaları idarəetmə bacarığı;
  • Biznes təhlil bacarıqları (Biznes və ya data analitika) üstünlükdür;
  • Tapşırıqların vaxtında icra olunmasını təmin etmək bacarığı, analitik düşüncə və problem həll etmə qabiliyyəti, şəxsi və peşəkar inkişafa yönümlülük, komandada işləmək vərdişi, yüksək məsuliyyət, ünsiyyət və özünüifadə qabiliyyəti.


Oxşar vakansiyalar