Bakı,
Azərbaycan
05.05.25
-
05.06.25
İş haqqında məlumat
- Gecikmiş ödənişləri gündəlik olaraq sistem üzərindən izləmək;
- Problemli kreditlərin təhlilini aparmaq və prioritet siyahı tərtib etmək;
- Borclularla telefon, SMS, e-mail və digər vasitələrlə əlaqə qurmaq;
- Müştəriyə borcun məbləği, gecikmə müddəti və mümkün nəticələri barədə məlumat vermək;
- Borclunun imkanlarına uyğun olaraq ödəniş planları təklif etmək;
- Müvəqqəti güzəşt, təxirə salma və ya restrukturizasiya üçün ilkin danışıqlar aparmaq;
- Borcun ödənilməməsi halında xəbərdarlıq məktublarını hazırlamaq və göndərmək;
- Toplanan və toplanmayan borclar üzrə statistikanı rəhbərliyə təqdim etmək;
- Müştərilərlə ünsiyyətdə etik davranış qaydalarına riayət etmək;
- Müştəri məlumatlarını gizli saxlamaq və şirkət siyasətinə uyğun istifadə etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
- Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi;
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;
- İş qrafiki: 6 günlük iş qrafiki (şənbə günü online). İstirahət günü: bazar;
- İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, hüquq, maliyyə sahəsində üstünlükdür);
- Kredit sahəsində və ya müştəri xidməti üzrə minimum 1-2 il iş təcrübəsi (üstünlükdür);
- Effektiv ünsiyyət və inandırma bacarığı;
- Təzyiq altında işləmə və etirazlarla peşəkar davranış;
- Problemlərin həlli üzərində işləmək bacarığı;
- 1C proqramında işləmə - mütləqdir;
- AKB CONVERTOR XML üzrə yığımı bilməli;
- Məsuliyyətli, ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Sənədlərlə işləmək bacarığı (Sənəd dövriyyəsinin düzgün aparılması);
- Microsoft Office proqramları üzrə biliklər;
- Məlumat bazası ilə işləmə bacarığı.