"Azərbaycan Universiteti" MMC
Ə/h razılaşma ilə
3828
Tam iş günü
Bakı, Azərbaycan
09.09.2025 05:35 - 09.10.2025 12:00

İş haqqında məlumat

  • Universitetin əmlakını qorumaq, universitetin daxilində və ümumi ərazisində nəzarəti davamlı olaraq həyata keçirmək, gecə növbəsi zamanı universitetin daxilinə və ümumi ərazisinə 4 (dörd)  dəfədən az olmayaraq baxış keçirmək və buna dair müvafiq qeydlər aparmaq, habelə universitetdə mövcud olan daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Universitetin giriş qapısına nəzarət etmək, işçilərdən, tələbələrdən və digər şəxslərdən universitetin buraxılış-çıxış rejiminə və daxili nizam-intizam qaydalarına əməl olunmasını tələb etmək; 
  • Universitetin tədris binasına daxil olan kənar şəxslərin sənədlərini yoxlamaq, qeydiyyata almaq, habelə universitetə gələn qonaqları qarşılamaq, onlara yardımçı olmaq, lazım gəldiyi təqdirdə yönləndirmək və məlumatlandırmaq, müvafiq qeydiyyat kitabında müvafiq qeydlər aparmaq;      
  • Universitet daxilində hər hansı qayda pozuntusu olduqda (baş verə biləcək hadisələr, münaqişələr barədə məlumatları əldə etdikdə) dərhal  müvafiq tədbirlər görmək, baş vermiş qayda  pozuntuları ilə bağlı qeydlər aparmaq, müvafiq akt tərtib etmək və bu barədə tabe olduğu şəxsə məlumat vermək;
  • Universitetə giriş və çıxış zamanı qanunvericiliyə uyğun qaydada fiziki şəxslərin (xidmət vəzifələrini icra edən hüquq-mühafizə və digər dövlət orqanlarının əməkdaşları istisna olmaqla) əşyalarını və nəqliyyat vasitələrini  nəzərdən keçirmək;  
  •  Yanğın zamanı, cinayət  və ya inzibati xətanın əlamətləri olan əməl törədildiyi halda, həkimə ehtiyac duyulduğu halda dərhal müvafiq icra hakimiyyəti orqanına (müvafiq qurumlara) məlumat vermək;    
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

 

Bilməlidir
 

  • Nəzarət işinin təşkilini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını;
  • Məsuliyyətli;
  • Əmək funksiyasının icrasına səhlənkar yanaşdığına və vaxtında yerinə  yetirilməməsinə görə;
  • Mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş əmək funksiyasının yerinə yetirmədiyinə  və universitetə vurduğu zərərə görə;
  • Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən  məlumatların qorunmamasına görə;
  • Universitetə məxsus istifadəsində olan əmlakın (mebel və texniki avadanlığın) itirilməsi, korlanması və oğurlanmasına, habelə təqsirli hərəkətləri ilə universitetin əmlakına vurduğu zərərə görə.

Müraciət etmək üçün: [email protected]

Tələblər

  • Təhsili (minimum): Orta ixtisas;
  • İş təcrübəsi (minimum): 1 (bir) ildən az olmayaraq əmək stajı;
  • Dil bilikləri: Azərbaycan; rus və  ingilis dili (arzuolunandır);
  • Kompüter bilikləri: MS ofis proqramları.


Oxşar vakansiyalar