Bakı,
Azərbaycan
21.08.2025 04:52
-
21.09.2025 12:00
İş haqqında məlumat
- Növbə başlamazdan əvvəl, həmin iş günü üçün təyin olunan təlimat mövzularına uyğun iş öncəsi təlimat keçmək;
- Operatorlar və digər texniki heyətin növbə ərzində düzgün və operativ işini təmin etmək, istehsalat ehtiyaclarına uyğun olaraq iş bölgüsünü və fasilələri planlaşdırmaq;
- Proses zamanı dəyişikliklərini nəzərə alaraq növbə üzrə işlərin icra planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- İstehsalata təsir edən bütün texnoloji parametrlər barədə operatorlardan mütəmadi məlumat almaq və bu məlumatlara uyğun prosesə nəzarət etmək;
- İstehsalat üçün gündəlik tələb olunan kimyəvi reagentlərin hazırlanmasının prosedura uyğun olmasına nəzarət etmək və gündəlik sərf olunan və hazırlanan kimyəvilərin miqdarını müvafiq hesabatlarda qeyd etmək;
- ADB (adsorbsiya, desorbsiya, bərpa) və qızıl otağı sahəsindəki ümumi proseslərə nəzarət etmək;
- ADB və qızıl otağı sahəsindəki proseslərə aid dayanmaların planlaşdırılmasını təşkil etmək;
- Yaranan mexaniki və elektriklə əlaqəli nasazlıqlar barədə dərhal müvafiq şöbələrə məlumat vermək və təmir prosesini izləmək;
- Müvafiq prosedur və təlimatlara əsaslanaraq növbə ərzində zavod proseslərini səmərəli və təhlükəsiz şəkildə idarə etmək;
- İstehsalata aid gündəlik qeyd olunan hesabatların müvafiq sahənin opereratorunun düzgün şəkildə işlənməsinə nəzarət etmək;
- İstehsalat üçün gündəlik hazırlanacaq miqdarda kimyəvi reagentləri təmin etmək, lazımi laboratoriya ləvazimatlarının miqdarına nəzarət etmək və təmin olunmasını təşkil etmək;
- İstehsalatla bağlı lazımi texnikaların təmini üçün aidiyyəti şöbələrlə əlaqə saxlamaq və texnikaların işinə nəzarət etmək;
- Operatorların yemək fasiləsinə getmələrini proseslərin gedişatına uyğun planlı şəkildə təmin etmək;
- Zavod sahədində iş görülən zaman operatorların fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə nəzarət etmək və həmin iş üçün nəzərdə tutulan müvafiq avadanlıqlarla təmin olunması üçün aidiyyəti struktur bölməyə müraciət etmək;
- Nəzarətində olan sahədə əmək intizamının və daxili nizam-intizam qaydalarının qorunmasını təmin etmək;
- Qəza və fövqəladə hallarda (sızma, yanğın, qaz sızması və s.) operativ tədbirlər görmək və rəhbərliyə dərhal məlumat vermək;
- Hər növbənin sonunda baş verən proseslər, dəyişikliklər, sərfiyyatlar, nasazlıqlar və görülən tədbirləri yazılı şəkildə sənədləşdirmək, digər növbəyə təhvil-təslimi lazımi qaydada etmək.
İş qrafiki:
- Növbəli iş rejimi.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir;
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır;
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir;
- Nəqliyyat xidməti;
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq müraciətlərini göndərə bilərlər.
Tələblər
- Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Problem həlletmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (arzuolunandır);
- Microsoft Office proqramlarında işləmək bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (metallurgiya və ya kimyaçı mühəndis ixtisasları üzrə);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə sertifikatın mövcudluğu arzuolunandır.