İMEC Mühəndislik

Ofis meneceri

İMEC Mühəndislik
500 ₼
2275
Tam iş günü
Bakı, Azərbaycan
07.08.2025 11:50 - 07.09.2025 12:00

İş haqqında məlumat

  • Ofisin gündəlik iş fəaliyyətinin təşkili və idarə olunması;
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icrasının təmin edilməsi;
  • Ofis daxili sənəd dövriyyəsinin idarə edilməsi, məktubların, hesabatların hazırlanması və arxivləşdirilməsi;
  • Qonaqların və zənglərin qarşılanması, lazımi istiqamətə yönləndirilməsi;
  • İşçi heyətinin ofis ehtiyaclarının (dəftərxana ləvazimatları, texniki avadanlıqlar və s.) təmin edilməsi;
  • Ofis avadanlıqlarının və sistemlərinin düzgün işləməsinə nəzarət;
  • İşgüzar yazışmaların aparılması və müxtəlif idarəetmə sənədlərinin hazırlanması;
  • Tədbirlərin və iclasların təşkili və onların koordinasiyası;
  • İşçilər arasında koordinasiya və kommunikasiya əlaqələrinin gücləndirilməsi;
  • Mühasibatlıq, insan resursları və digər şöbələrlə əməkdaşlıq və lazımi dəstəyin göstərilməsi.

İş şəraiti:

  • İş rejimi: 5 günlük;
  • İş vaxtı: 09:00-18:00 ;
  • Nahar vaxtı: 13:00-14:00;
  • İstirahət günü: şənbə, bazar;
  • Əmək haqqı: 500 AZN;
  • İş yeri: Xətai rayonu, 8 Noyabr pr 23, Amay Ticarət Mərkəzinin 7-ci mərtəbəsi;
  • Rəsmi sənədləşmə.

Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Ofis meneceri və ya bənzər vəzifədə təcrübə;
  • MS Office proqramlarında (Word, Excel, Outlook, PowerPoint) sərbəst işləmə bacarığı;
  • Sənədlərlə işləmək və yazışmalar aparmaq bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı;
  • Dəqiq, məsuliyyətli və punktual olmaq;
  • Vaxtın idarə olunması və çoxsaylı tapşırıqların effektiv yerinə yetirilməsi bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Məlumatların konfidensiallığını qoruma bacarığı;
  • Təşkilatçılıq qabiliyyəti və təşəbbüskarlıq.


Oxşar vakansiyalar