SAT Group

Ofis meneceri

SAT Group
Ə/h razılaşma ilə
983
Tam iş günü
Bakı, Azərbaycan
16.09.2025 04:09 - 16.10.2025 12:00

İş haqqında məlumat

  • Təlim və görüşlər üçün ofis və zal hazırlıqlarının koordinasiyası  ;
  • Qonaqların, iştirakçıların qarşılanması və yönləndirilməsi  ;
  • Təlim materialları və ləvazimatların təmininə nəzarət (dəftər, qələm, sertifikat və s.)  ;
  • Təlim və tədbirlər üçün çay-kofe fasilələrinin sifarişi ;
  • Təlimçilərlə iş;
  • Təlim sonrası materialların (təqdimat, tapşırıqlar, nəticələr) paylaşılması  ;
  • Geri bildiriş formalarının hazırlanması və nəticələrinin bazaya işlənməsi  ;
  • Təlimlər üzrə iştirakçı siyahılarının və Whatsapp qruplarının idarə olunması  ;
  • Ofisdə gündəlik ehtiyacların təminatı və təmizlik nəzarəti  ;
  • Doğum günləri və daxili tədbirlərin təşkili (tort sifarişi, təbriklər və s.) ; 
  • Sosial media mesajlarının cavablandırılması (SMM dəstəyi).

İş şəraiti:

  • Ünvan: Xocalı prospekti 34, AGA Center;
  • Həftəlik iş qrafiki: 5 gün ;
  • İş saatları: 10:00-19:00;
  • Müəssisənin adı: SAT Group MMC;
  • Departamentin adı: Əməliyyat şöbəsi.

Tabe olduğu vəzifənin adı: Əməliyyat şöbəsinin müdiri.

Əmək haqqı  500-650 AZN. Əlavə olaraq təlimlərdə iştirak imkanı, mentor dəstəyi, ildə 1 dəfə dərəcə artımı imkanı. 
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Təhsil tələbləri: Bakalavr;
  • Staja dair tələb: yoxdur.

İxtisas səriştələri:

  • Təşkilatçılıq bacarığı;
  • Təqdimetmə bacarığı;
  • Səlis nitq qabiliyyəti ;
  • Analitik düşünmə bacarığı;
  • Psixotipləri müəyyən etmə bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Pozitiv enerjili olmalı;
  • Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından istifadə qabiliyyəti – Yaxşı səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili – Əla;
  • Qeyd: Xanım namizədlərə üstünlük verilir (yaş 20-32).


Oxşar vakansiyalar