AZFEN MMC

Ofis rəhbəri

AZFEN MMC
Ə/h razılaşma ilə
427
Tam iş günü
Bakı, Azərbaycan
04.07.2025 23:30 - 04.08.2025 12:00

İş haqqında məlumat

  • Komandaya rəhbərlik etmək;
  • Hazırlanmış emalatxana çertyojlarını texniki baxımdan yoxlamaq və müştəri standart/specifikasiyalarına uyğunluğunu təmin etmək;
  • Hazırlanan sənədlərin müvafiq prosedurlar və təhlükəsizlik qaydalarına uyğun olmasına nəzarət etmək;
  • Həftəlik fəaliyyət və irəliləyiş hesabatlarını hazırlamaq;
  • Struktur tikinti komandası ilə əlaqə və koordinasiya qurmaq;
  • Layihələr çərçivəsində, o cümlədən uzaqdan işləyən komandalarla, mühəndis və texniklərdən ibarət komandanın effektiv və iqtisadi fəaliyyətinə cavabdeh olmaq;
  • Müştərinin tələblərini və gözləntilərini müəyyənləşdirmək və effektiv şəkildə yerinə yetirmək;
  • Eyni anda bir neçə layihənin idarə olunmasını təmin etmək üçün vaxt və vəzifələri planlı şəkildə təşkil etmək;
  • Komanda üzvlərini motivasiya etmək, təlim, mentorluq və yönləndirmə yolu ilə inkişaf etdirmək;
  • Layihələrin vaxtında və büdcəyə uyğun şəkildə tamamlanması üçün resursları effektiv şəkildə idarə etmək;
  • Yeni biznes imkanlarının müəyyən olunmasına dəstək vermək;
  • Şirkətin sağlamlıq və təhlükəsizlik siyasəti ilə tanış olmaq və ona riayət etmək.

Tələblər

  • Metal konstruksiya və/ya Neft-Qaz sənayesində minimum 7 il iş təcrübəsi;
  • İstehsalat müəssisəsində qaynaq və tikinti texnologiyaları üzrə yaxşı anlayış;
  • API, BS, GOST və EEMUA kimi beynəlxalq kod və standartlar üzrə bilik;
  • AutoCAD proqramında inkişaf etmiş 2D çertyoj hazırlama bacarığı;
  • TEKLA, həmçinin Microsoft Excel və Word proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Yaxşı təşkilati və insanlarla ünsiyyət bacarığı, təzyiq altında işləmə qabiliyyəti;
  • Şifahi və yazılı formada mükəmməl ünsiyyət bacarığı;
  • Müstəqil qərarvermə, təşəbbüskar davranma və aktiv işləmə bacarığı;
  • Peşəkar hesabat yazma bacarığı, müştəri görüşlərində iştirak və təqdimat etmə təcrübəsi;
  • Mülki, Struktur və ya Mexaniki mühəndislik üzrə ali təhsil;
  • İngilis dilində yüksək səviyyədə ünsiyyət bacarığı.


Oxşar vakansiyalar