Bakı,
Azərbaycan
28.10.2025 04:30
-
28.11.2025 12:00
İş haqqında məlumat
- Şöbə: Onlayn turizm
- Ünvan: Bakı
- Partnyorlar arasında reklam materiallarını yaymaq;
- Satılmış turizm xidmətlərini partnyorlarla bərabər yoxlamaq;
- Turizm xidmətləri ilə bağlı yaranmış məsələlərin aydınlaşdırılması üçün partnyorlar və müştərilərlə qarşılıqlı əlaqədə olmaq;
- Agentlikləri və müştəriləri sayt və göndərişlər sayəsində ən maraqlı təkliflər ilə daimi olaraq məlumatlandırmaq;
- Analiz və monitorinq məqsədilə bazardakı turizm təkliflərini öyrənmək;
- Şöbə rəhbərinin sorğusu əsasında hesabatları hazırlamaq və ona təqdim etmək;
- Şöbə daxilində Daxili və Xarici turizm sahəsinin əməkdaşları ilə qarşılıqlı əlaqədə olmaq;
- Respublika daxilində və eləcə də Respublikanın hüdudları xaricində turoperatorlar, turagentlər, aviaşirkətlər, sığorta şirkətləri və hotellərlə qarşılıqlı əlaqədə olmaq;
- Hər bir agentlik üçün təqdimat yaratmaqla onları sistemlə işə cəlb etmək;
- Daxili poçtunu (e-mail) daim yoxlamaq, poçta daxil olan: rəhbərindən, şirkətin digər şöbələrindən və partnyorlardan gələn məktub və elektron məktubları vaxtında qəbul edib nəzərdən keçirmək;
- Tələb olunan hesabatları və elektron məktubları vaxtında yollamaq.
İş şəraiti:
- 5 günlük iş qrafiki ;
- İş saatı 10:00-19:00;
- Ünvan: AF Mall 2-ci mərtəbə.
Tələblərə cavab verən namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Turizm sahəsində 1 il peşəkar təcrübə;
- Bakalavr təhsil dərəcəsi;
- Azərbaycan, İngilis, Rus dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office (Word, Excel) proqramlarından istifadə bacarığı;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
- Təzyiq altında çalışa bilməli, səbrli və operativ .