Bakı,
Azərbaycan
21/01/2026
-
04/02/2026
İş haqqında məlumat
İş yeri: Bakı (Mövsümi – 6 aylıq)
- Su təsfiyə və sirop hazırlama təsisinin hüquqi qanunvericilik və Koka-Kola standartlarına uyğun formada su istehsal edəcək şəkildə işləməsini təmin etmək;
- Keyfiyyət planında yer alan su təmizlik modulu (yeri – ünitesi) ilə əlaqədar gündəlik analizləri və təhlilləri aparmalı;
- Operator prosedura uyğun istehsal sahələrində, atık su təmizləmə, laboratoriya, siropxana, su təsfiyə sahələrində nümunələrini götürüb və laboratoriyada analizlərini etməli;
- Xam su kontrolu, nizamlı olaraq su istehlakı və xam su gəlişi hesabatını aparmalı;
- Gündəlik istehsal planında yer alan istehsal olunacaq məhsulun cinsi və sayına görə anbardan xammadə almalı, MMİ-dakı hazırlanma üsullarına uyğun formada su və şəkər hesablanaraq gigiyenik şəraitdə manual və avtomatik maşından istifadə edərək sirop hazırlamalı;
- Su təsfiyə üçün kimyəvi maddələri hazırlayarkən təhlükəsizlik qaydalarına riayət etməli;
- Siropxana və su təsfiyədə olan avadanlığın təmirini planlı şəkildə aparmalı, qəza vəziyyətində növbə rəisini məlumatlandırmalı;
- Qida təhlükəsizliyi ilə bağlı bütün problemlər barədə cavabdeh şəxslərə məlumat vermək;
- Siropxana və su təsfiyə sahəsində GMP qaydalarına riayət etmək.
Tələblər
- İstehsal sahəsində minimum 1 il iş təcrübəsi
- Müvafiq sahə üzrə bakalavr təhsili
- MC Office bilikləri
- Tələb olunan avadanlıqla məsuliyyətli və təhlükəsiz şəkildə işləmə bacarığı
- Komandada işləmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.