AAC MMC

Kəsmə - Tənzimləmə operatoru (MHB- istehsalat sahəsi üzrə)

AAC MMC
700 - 750 ₼
1087
Növbəli iş
Bakı, Azərbaycan
15/01/2026 - 29/01/2026

İş haqqında məlumat

  • Tökmə prosesindən sonra verilmiş istehsal tapşırığına əsasən MHB bloklarının kəsilməsi üçün ölçülərin yığılması və kəsmə prosesinin aparılması;
  • Uzununa, eninə və hündürlük kəsmə avadanlıqların işinə nəzarət olunması;
  • Geridönüş quyuların iş rejiminə nəzarət;
  • Kəsmə prosesindən keçmiş hazır keyklərin avtoklav seksiyasına daşıyıcı arabalar vasitəsilə  nəql edilməsi;
  • Keykin standartlara uyğun kəsilməsi üçün avadanlığa ölçülərin verilməsi, mütəmadi olaraq ölçülərin yoxlanması 
  • Hazır keyklərin kəsilməsi zamanı yaranan şlamın qayıdan şlam silosuna nasos  vasitəsi ilə nəql edilməsi 

İş barədə məlumat:

  • İş yeri: Qaradağ ray, Səngəçal qəs, Salyan şossei 47-ci km.
  • Əmək haqqı təcrübədən asılı olaraq  700-750 AZN  
  • Nahar və Servis şirkət tərəfindən təmin olunur. 
  • Sumqayıt şəhəri, İnşaatçılar və İçərişəhər metrosundan servis ilə iş yerinə çatdırılma
  • İş rejimi – Növbəli, 1-ci növbə 08:00 – 20:00; 2-ci növbə 20:00-08:00 kimi; 2 gün ev

Tələblər

  • Ali və ya orta-ixtisas təhsili (Kimya, Fizika, İstehsalat sahəsi üzrə arzu olunandır);
  • Operator kimi və ya əlaqəli sahədə 1 il iş təcrübəsi;
  • 20 – 40 yaş aralığında bəy namizədlərə üstünlük veriləcəkdir;
  • Microsoft Office orta səviyyədə bilməli;
  • Dürüst, çalışqan, yüksək səviyyədə məsuliyyətli olmalı; 
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar