Abşeron Logistika Mərkəzi

Özbəkistan ofisində logistik xidmətlərin satışı üzrə menecer

Abşeron Logistika Mərkəzi
Ə/h razılaşma ilə
215
Tam iş günü
Bakı, Azərbaycan
13.10.2025 10:47 - 13.11.2025 12:00

İş haqqında məlumat

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

  • Logistik xidmətlər (terminal, avto və dəmiryol daşıması, anbar xidməti, gömrük rəsmiləşdirməsi) üzrə nəqliyyatçı bazasını formalaşdırmaq və onlardan xidmət alışını təmin etmək.
  • Müştərilərlə işin təşkili, onların tələblərinə uyğun xidmətlərin təmin edilməsi və qiymətin formalaşdırılması.
  • Müştəri sifarişi üzrə daşımaların həyata keçirilməsi və gedişatın izlənməsi.
  • Logistik xidmətlər üzrə əməliyyatların uçotunun aparılması.
  • Fəaliyyət ilə bağlı hesabatların hazırlanması və mərkəzi ofisə təqdim edilməsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 13 noyabr 2025-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Özbəkistan ofisində logistik xidmətlərin satışı üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Ali təhsil; 
  • Logistik xidmətlərin satışı sahəsində minimum 5 - 7 il iş təcrübəsi (o cümlədən, Beyəlxalq logistika xidmətlərinin göstərilməsi üzrə iş təcrbəsi)
  • Dil bilikləri: Azərbaycan dili,  Rus dilini səlis bilməli.

Peşəkarlıq tələbləri:

  • Dəqiqlik;
  • Təqdimat bacarığı;
  • Satış bacarığı;
  • Analitik və strateji düşünmə qabiliyyəti,
  • Ünsiyyətcil, işgüzar, səlis və aydın danışıq qabiliyyətinin olması;
  • Prosesləri, situasiyanı və heyəti idarə etmək bacarıqları.


Oxşar vakansiyalar