hrin.az
Reklam
Azərbaycan Hava Yolları

Planlama üzrə mühəndis

Azərbaycan Hava Yolları

Əmək haqqı: Razılaşma

21823 noyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYaxşı

İş haqqında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Müəyyən edilmiş layihə istiqamətləri üzrə planlaşdırma prosesinin əsas əlaqələndiricisi rolunu yerinə yetirmək;
  • Təsdiq olunmuş Layihə İşlərinin Bölünməsi Strukturu (WBS) əsasında formalaşdırılmış planlaşdırma və nəzarət mexanizmlərini idarə etmək və onların icrasına nəzarət etmək;
  • Primavera P6 proqramı vasitəsilə layihələrin baza planlarını və iş qrafiklərini tərtib etmək, mütəmadi yeniləmək və icra vəziyyətini izləmək;
  • Layihə fəaliyyətlərinin gedişatını, mövcud vəziyyətini və layihə qrafikinə mümkün təsirlərini mühəndislik, satınalma, tikinti və digər aidiyyəti tərəflərlə əlaqələndirmək;
  • Layihələr üzrə hesabatları tərtib etmək, təhlil aparmaq və müvafiq tərəflərə təqdim etmək;
  • Layihələrin ümumi icra vəziyyətini və əsas mərhələlər üzrə irəliləyişini izləmək, faktiki nəticələri planlaşdırılmış göstəricilərlə müqayisə edərək təhlil etmək;
  • Ehtiyac yarandıqda layihə görüşlərində iştirak etmək və iş qrafiki ilə bağlı risklərin qiymətləndirilməsinə dəstək göstərmək.

Namizədə dair tələblər

  • Mühəndislik və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;
  • Planlama mühəndisi və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək, rus dili biliyi arzuolunandır;
  • MS Office proqramlarından, xüsusilə Primavera P6 proqramından istifadə bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qabiliyyəti;
  • Analitik yanaşma və problemlərin həlli bacarığı;
  • Təqdimat hazırlamaq və koordinasiya işlərini həyata keçirmək bacarığı;
  • Komanda daxilində səmərəli işləmək və dəyişən iş şəraitinə çevik uyğunlaşmaq qabiliyyəti.
Reklam