Hacıqabul,
Azərbaycan
31.10.2025 04:05
-
30.11.2025 12:00
İş haqqında məlumat
- Planlı və növbədənkənar sayğac əvəzləmə işlərini icra etmək;
- Sayğaca texniki baxış keçirmək, qüsurların qeydiyyatını aparmaq;
- Yararsız, işləməyən, müdaxilə, müraciət əsasında sayğacın əvəzlənməsi və ya çıxarılmasını həyata keçirmək;
- Nəzarət ölçü cihazlarının təmiri, nizamlanması, sınağı, yustirlənməsi, quraşdırılması və təhvil verilməsi, onlarda göstəriciləri toplayan və məsafəyə ötürən mexanizmi olan avtomatik tənzimləmə qurğusunun qoyulmasını həyata keçirmək;
- Cihazların işindəki qüsurların aşkar edilməsi və aradan qaldırılmasını həyata keçirmək;
- Xidmət göstərdiyi inzibati ərazidə dövrü olaraq (hər ay üçün müəyyən edilmiş tarixədək) istehlakçıların sayğac göstəricilərini qeydiyyata almaq və məlumatların aidiyyəti üzrə təqdim etmək;
- Aşağı təzyiqli qaz şəbəkəsinə və üzərində olan avadanlıqlara dislokasiya marşurutu üzrə plana uyğun, həmçinin plandan kənar texniki baxış işlərinin icra etmək; Texniki baxışın nəticələrinə əsasən sızma hallarının qarşısının alınmasını həyata keçirmək;
- Aylıq sayğac oxuma prosesini icra etmək (göstəricilərin götürmək);
- Abonentlərə Kağız və SMS bildirişlərin təqdim etmək;
- Abonentləri debitor borcları və ödəniş prosedurları barədə maarifləndirmək;
- Kommersiya şöbəsi tərəfindən təqdim olunmuş siyahılar üzrə debitor borclu abonentlərin qaz təminatını dayandırmaq;
- Kommersiya şöbəsi tərəfindən təqdim olunmuş siyahılar üzrə abonentlərin qaz təminatını bərpa etmək;
- Qaynaqla qaz kəsimi zamanı prosesdə iştirak etmək;
- Xidməti ərazidə qaz xətlərinə, onların üzərində quraşdırılan avadanlıqlara, ölçü cihazlarına bütün növ müdaxilələrin - qaz xətləri, qaz sayğacları və qaz cihazlarının özbaşına çəkilməsi, yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması və bu kimi halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək;
- Müdaxilə, qanunsuz yerdəyişmə, quraşdırmalar aşkarlandığı təqdirdə dərhal xidmət rəhbərliyinə və 104 №-li telefon nömrəsinə operativ məlumat vermək;
- Sayğac əməliyyatları xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsində çalışan işçilərin əmək normalarını daha yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirməsinə dəstək göstərmək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, həmçinin sanitariya-gigiyena və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.
Tələblər
- Təhsil pilləsi :Tam orta təhsil ;
- Tələb edilən iş stajı yoxdur;
- Məsuliyyətli olmaq.