Təmir emalatxanası üzrə çilingər (klapanlar)
SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
719
Tam iş günü
Sumqayıt,
Azərbaycan
31.10.2025 03:10
-
30.11.2025 12:00
İş haqqında məlumat
- SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunvericiliklə müəyyən edilmiş tələblərə, istismar qaydalarına və müəssisənin daxili prosedurlarına riayət etməlidir;
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata uyğun şəkildə müdaxilə etməlidir;
- İş saatından kənar vaxtlarda təcili çağırışlara cavab verməli, zərurət yarandıqda isə növbəli iş rejimində çalışmalıdır;
- Qəza duruşları zamanı təmirə dəstək məqsədilə yaranan nasazlıqları müvafiq təlimatlara əsasən ən qısa müddətdə aradan qaldırmalıdır;
- Mərkəzləşdirilmiş təmir prosedurlarına uyğun olaraq zavodun bütün qurğularında fəaliyyət göstərməlidir;
- İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlar, yoxlama siyahıları və texniki təlimatlar əsasında həyata keçirməlidir;
- Zavodda baş verən korporativ mədəniyyət dəyişikliklərinə töhfə verməli, yeni iş proseslərinə çevik şəkildə uyğunlaşmalıdır;
- Metal və qeyri-metal materialların xüsusiyyətlərini bilməli və onlara uyğun alət və tərtibatlardan istifadə etməlidir;
- Armaturların dəzgaha bərkidilməsi, sınaq təzyiqinə uyğun test edilməsi, təmiri, tənzimlənməsi və müvafiq sənədləşmə işlərinin aparılmasında iştirak etməlidir;
- Fırlanan avadanlıqların rotor hissələrini balans dəzgahına yerləşdirməli, rotor parametrlərini daxil etməli, İSO 1940 və TSE 2576 standartlarına əsasən balans keyfiyyət dərəcəsini avadanlığın tipinə uyğun seçməli və nəticələr üzrə hesabat sənədlərini hazırlamalıdır;
- Torna emalatxanasında hazırlanacaq detallar üçün metal və qeyri-metal pəstahların doğrama dəzgahında kəsilməsini təmin etməlidir;
- Tabe olduğu birbaşa rəhbərin göstərişlərinə əsasən işi beynəlxalq standartlara uyğun və təhlükəsiz şəkildə yerinə yetirməlidir.
Tələblər
- Təmir emalatxanası sahəsi üzrə ən az 3 il iş təcrübəsi;
- Təmir emalatxanasında armaturların (siyirtmə və klapan) təmirinin ən müasir həll yollarını bilmək, səmərəli iş üsulları və metodlar tətbiq etmək;
- İşin spesifikasiyasına uyğun alət və tərtibatlardan düzgün və səmərəli şəkildə istifadə etmək;
- Hazırlanacaq detalın cizgisini (eskizini), çertyojunu və ya nümunəsini diqqətlə incələmək;
- Müxtəlif ölçülü və təyinatlı detallarda çertyoja və ya nümunəyə uyğun burğulama işləri görmək, daxili və xarici yivləri əl ilə açmaq, armaturların hidravlik və dinamik sınaqlarını aparmaq, təmir işlərini yerinə yetirmək, müxtəlif fırlanan avadanlıqların rotorlarını balans dəzgahında quraşdırmaq və balanslaşdırmaq;
- Cilalama və kəsmə avadanlıqları ilə təhlükəsiz və səmərəli şəkildə işləmək;
- Boru və metal konstruksiyaları eskizə əsasən quraşdırmaq və bərpa etmək, qaynaq işlərindən əvvəl boruların və ya digər detalların kəsilməsini və kənarlarının bucaq altında cilalanmasını təmin etmək.