Modern Engineering Bureau of Azerbaijan

Qazma qurğuları üzrə elektrik

Modern Engineering Bureau of Azerbaijan
Ə/h razılaşma ilə
464
Tam iş günü
Bakı, Azərbaycan
04/09/2026 - 18/09/2026

İş haqqında məlumat

  • Müəssisə tərəfindən aparılan əməliyyatlar üzrə təhkim olunduğu əsas iş sahəsində, o cümlədən müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarını təhlükəsiz və keyfiyyətli şəkildə icra etmək;
  • Elektrik avadanlıqlarını, paylayıcı şitləri, elektrik panellərini, MCC-ləri, idarəetmə panellərini və digər elektrik qurğularını yoxlamaq, nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
  • Elektrik mühərriklərinin, generatorların, transformatorların və digər elektrik avadanlıqlarının texniki xidmətini və təmirini həyata keçirmək;
  • Elektrik mühərriklərinin sökülməsi, texniki baxışı, təmiri və yenidən yığılmasını təmin etmək;
  • Kabel xətlərinin çəkilməsi, kabel uclarının hazırlanması, markalanması, birləşdirilməsi və kabel marşrutlarının texniki vəziyyətinin yoxlanılmasını həyata keçirmək;
  • Elektrik avadanlıqlarının izolyasiya müqavimətini, davamlılığını, torpaqlanmasını və digər elektrik parametrlərini müvafiq ölçü cihazları vasitəsilə yoxlamaq;
  • Elektrik sistemlərində sınaq və ölçmə işləri aparmaq, nəticələri qeydə almaq və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
  • Elektrik avadanlıqlarına planlı və profilaktik texniki xidmət göstərmək və avadanlıqların daim işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Elektrik avadanlıqlarının qoruyucu aparatlarını, avtomat açarlarını, qoruyucuları, kontaktorları, releləri və digər elektrik komponentlərini yoxlamaq və zəruri hallarda dəyişdirmək;
  • Aşkar edilmiş elektrik nasazlıqlarının səbəblərini müəyyən etmək, nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və görülmüş işlər barədə hesabat vermək;
  • Təmir və texniki xidmət işlərindən sonra elektrik avadanlıqlarının funksional və təhlükəsizlik sınaqlarını həyata keçirmək;
  • Partlayış təhlükəli zonalarda (Ex Zone) elektrik avadanlıqları ilə işləyərkən müvafiq Ex tələblərinə, prosedurlara və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • Elektrik avadanlıqları üzərində iş aparmazdan əvvəl enerji mənbəyinin təhlükəsiz şəkildə təcrid olunmasını, LOTO (Lockout/Tagout) prosedurunun və müvafiq İş İcazəsinin (Permit to Work) tətbiq edilməsini təmin etmək;
  • Elektrik təhlükəsizliyi qaydalarına, əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi tələblərinə ciddi riayət etmək;
  • Elektrik avadanlıqlarında və iş sahəsində aşkar edilmiş təhlükəli vəziyyətlər, nasazlıqlar və potensial risklər barədə dərhal rəhbərliyə məlumat vermək;
  • Fövqəladə hallar zamanı müəssisənin müəyyən etdiyi fövqəladə hallar və təxliyə prosedurlarına uyğun hərəkət etmək;
  • Yerinə yetirilmiş texniki xidmət, təmir, sınaq və nasazlıqlar barədə müvafiq texniki qeydləri və hesabatları aparmaq;
  • Rəhbər tərəfindən tapşırılan digər işləri vəzifə təlimatına, müəssisənin daxili prosedurlarına və qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun yerinə yetirmək.

Tələblər

  • Orta və ya peşə təhsili (mexanika və ya müvafiq texniki ixtisas üstünlükdür); 
  • Müvafiq sahədə və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi
  • Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə praktiki biliklər; 
  • Mexaniki alətlərdən və ölçü cihazlarından istifadə bacarığı; 
  • SƏTƏM standartları və təhlükəsizlik qaydaları üzrə biliklər; 
  • Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq; 
  • Fiziki iş şəraitində və növbəli iş rejimində işləmək imkanı.

Oxşar vakansiyalar