Qəbul və qeydiyyat üzrə menecer
Lankaran Springs & Wellness Resort
Ə/h razılaşma ilə
1606
Tam iş günü
Lənkəran,
Azərbaycan
21/01/2026
-
04/02/2026
İş haqqında məlumat
- Qonaqların gəlişlərinin qeydiyyata alınması, yoxlanması və Qəbul və qeydiyyat şöbəsinin bütün prinsiplərinə, proseduralarına, standartlarına və qonaqların tələblərinin həyata keçirilməsinin təmin edilməsi kimi fəaliyyətlərini idarə edir;
- Otelin həyata keçirdiyi prinsip, prosedur və standartların inkişaf etdirilməsinə, həyata keçirilməsinə və onların yenidən nəzərdən keçirilməsində iştirak etmək;
- Qəbul və qeydiyyat şöbəsinin fəaliyyətini yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün işçiləri seçir, onları təlimatlandırır, iş rejimini təyin edir və onların fəaliyyətlərini idarə edir;
- Otaqların inventarını (avadanlıqları) yoxlanması, qeydiyyatların aparılması, qrup bronların edilməsi, yüklərin yerləşdirilməsi, prezident mərtəbəsində olan lüks otaqların satılmasına nəzarət etmə ilə Otelin gəlirini yüksəltmək;
- İşlərin çox olduğu zaman otelin iş fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsinin təmin edilməsinə, ictimai əlaqələrin keyfiyyətli şəkildə həyata keçirilməsinə, təhsisedici tədbirlərin həyata keçirilməsinə və müştərilərin tələblərinin təmin edilməsi üçün onların şikayətlərinin dəyərləndirməsinə nəzarət edir;
- VİP qonaqların qarşılanmasını təmin edir və onlara otaqlarına qədər müşayiət edir. Qonaqlara yüksək səviyyəli xidmət göstərir və qonaqlara oteldə qaldıqları müddət ərzində xidmətini təklif edir;
- İşçi heyətin hazırlanmasında ehtiyaclarını müəyyənləşdirir, təlim fəaliyyətini planlaşdırır və həmin heyətin administrativ idarənin iş fəaliyyətinin bütün bölmələr üzrə həyata keçirilməsinə nəzarət edir;
- İllik büdcənin hazırlanmasında, təlimatların komplektləşdirilməsinə və büdcə çərçivəsində fəaliyyət göstərilməsinin idarə olunmasına köməklik göstərir.
- Əməliyyat Şöbəsinin işçi heyətinə otelin qonaqlarının tələblərinə və suallarına cavab vermələri üçün bütün fövqəladə hallar, otelin reklam fəaliyyəti, məhsul üzrə məlumatlar, VİP qonaqlar, qarşıda gələn tədbirlərini və işçilərə verilən təlimatları diqqət mərkəzində saxlayır;
- İdarəetmə və görüşlərdə iştirak etmək, hesabat və xidmət haqqında qeydlər etmək və vəzifə fəaliyyəti ilə əlaqədar olan digər spesifik vəzifələr kimi administrativ vəzifələr komplektini həyata keçirmək;
- Otaqların satışı, VİP qonaqlar, qruplar, komandalar üçün otaqların müəyyənləşdirilməsi və otaqların qeydiyyatının aparılması işləri də daxil olmaqla qonaqların gəlişi və oteli tərk etmələri üzrə gündəlik iş fəaliyyətini planlaşdırır və nəzarət edir;
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: 2 (iki) gün.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq paketi;
- Lənkəran şəhərində yaşayış yeri ilə təmin olunma;
- Tibbi sığorta (ailə üzvləri daxil);
- Şirkət tərəfindən digər təminatlar.
Tələblər
- Ali təhsil.
- Qəbul və qeydiyyat sahəsində azı 3 il iş təcrübəsi (Rəhbər vəzifədə);
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərində səlis danışıq;
- Əla kommunikasiya və prezentasiya bacarıqları;
- Komandada işləmə və qoyulan məqsədlərə nail olma bacarığı;
- Planlaşdırma və iş vaxtını təşkil etmə bacarığı;
- Qəbul və qeydiyyat texnikaları və danışıq aparma bacarığı;
- Öyrənmə və peşəkar inkşaf üçün hazırlıq;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.