SAMT

Qumlama operatoru

SAMT
Ə/h razılaşma ilə
300
Tam iş günü
Xızı, Azərbaycan
06/05/2026 - 20/05/2026

İş haqqında məlumat

Qumlama operatoru avtomatik qumlama xəttinin fasiləsiz, təhlükəsiz və texnoloji tələblərə uyğun işləməsini təmin edir, səth hazırlığı prosesinin keyfiyyətinə nəzarət edir və istehsalatın effektivliyinə dəstək verir.                    

Vəzifə öhdəlikləri:

  • Avtomatik qumlama xəttini işə salmaq, dayandırmaq və idarə etmək;
  • Operator paneli (HMI) vasitəsilə proses parametrlərinə nəzarət etmək;
  • Qumlanacaq məhsulların konveyerə düzgün yerləşdirilməsini təmin etmək; 
  • Abraziv materialın səviyyəsini, hava təzyiqini və filtrasiya sisteminin işlək vəziyyətini izləmək;
  • Avadanlığın gündəlik texniki baxışını həyata keçirmək;
  • Nasazlıqları vaxtında aşkar etmək və məsul şəxslərə məlumat vermək;
  • Qumlama keyfiyyətinə (səth təmizliyi, pürüzlülük və s.) nəzarət etmək;
  • İş sahəsinin təmizliyini və nizam-intizamını təmin etmək;
  • Sağlamlıq, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi qaydalarına əməl etmək.

İş yeri: Sumqayıt, Xızı

Təklif edirik:

  • Nahar şirkət tərəfindən təmin olunur
  • Sığorta təminatı
  • Servis/daşınma xidməti təmin olunur


 

Tələblər

  • Texniki sahə üzrə orta ixtisas və ya peşə təhsili;
  • İstehsalat və ya sənaye sahəsində minimum 1 il iş təcrübəsi;
  • Kompressor və yüksək təzyiq avadanlıqları ilə işləmə qaydaları üzrə bilik;
  • Avtomatik və ya yarı-avtomatik qumlama avadanlığı ilə iş təcrübəsi;
  • PLC idarəetmə panelləri haqqında ilkin biliklər;
  • Metal konstruksiyalar və səth hazırlığı prosesləri haqqında anlayış;
  • Texniki avadanlıqlarla işləmə bacarığı;
  • Təhlükəsizlik qaydaları üzrə biliklər. 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar