Emsan

Rəqəmsal Marketinq üzrə təcrübəçi

Emsan
200 ₼
235
Tam iş günü
Bakı, Azərbaycan
05/10/2026 - 19/10/2026

İş haqqında məlumat

•    Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsində Marketinq komandasına dəstək olmaq;
•    Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarının hazırlanması və idarə olunması prosesində iştirak etmək;
•    Reklam kampaniyalarının gündəlik monitorinqində və nəticələrin izlənilməsində iştirak etmək;
•    Reklam kampaniyalarının əsas göstəricilərini (CTR, CPC, CPM, CPA, ROAS və s.) öyrənmək və analiz etmək;
•    Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və remarketing kampaniyalarının hazırlanması prosesində dəstək olmaq;
•    Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə işləməyi öyrənmək və istifadəçi davranışlarının təhlilinə dəstək olmaq;
•    Veb-saytın rəqəmsal performansının və SEO göstəricilərinin izlənilməsində iştirak etmək;
•    Rəqib və bazar araşdırmalarının aparılmasına dəstək olmaq;
•    Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək;
•    Influencer əməkdaşlıqları və rəqəmsal marketinq layihələrinin həyata keçirilməsində dəstək olmaq;


İş şəraiti:
•    Əmək haqqı: 200 azn Nett əmək haqqı  (Şirkət tərəfindən verilir)
•    İş yeri: Bakı şəhəri, 25 Plaza;
•    İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə);
•    Əmək münasibətləri: AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.

Tələblər

  • Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil alan və ya yeni məzun olmuş namizədlər;
  • Rəqəmsal marketinq sahəsinə maraq və bu istiqamətdə inkişaf etmək istəyi;
  • Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal marketinq platformaları haqqında ilkin biliklərin olması üstünlükdür;
  • Müvafiq kurs, sertifikat və ya şəxsi layihələrin olması üstünlükdür. 
  • SEO və SEM haqqında ümumi anlayış;
  • Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə və rəqəmlərlə işləməyə maraq;
  • Öyrənməyə açıq və inkişafyönümlü olmaq;
  • Yaradıcı və təşəbbüskar yanaşma;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.


Tələblərə uyğun namizədlər mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Təcrübəçi” qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.


Oxşar vakansiyalar