

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis
Ə/h razılaşma ilə
0
Tam iş günü
Bakı,
Azərbaycan
16.05.24
-
15.06.24
İş haqqında məlumat
- İstehsalatda əməyin mühafizəsi işini təşkil etmək və əlaqaləndirmək;
- İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
- Yeni işə qəbul olunanlara əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək;
- Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirmək;
- Təxliyyə planının hazırlanmasında iştirak etmək və işçilərə bu barədə təlimat keçirmək;
- İşçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
- SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etmək;
- Keyfiyyətə Nəzarət Planının hazırlanmasına və icrasına nəzarət etmək;
- Keyfiyyət Sisteminin qurulmasında iştirak etmək;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
- Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq;
- Cəmiyyətin daxili intizam qaydalarına riayət etmək;
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək.
Tələblər
- Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemləri sahəsində əsas tələb və prinsipləri (İSO 9001:2015) bilməli;
- Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
- İşlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipini, texniki və konstruktiv xüsusiyyətlərini bilməli;
- Tədqiqat metodlarını, işin yerinə yetirilməsinin qayda və şərtlərini bilməli;
- Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları bilməli;
- Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməli;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına dair biliklər;
- Problem həlletmə;
- Təşəbbüskarlıq;
- Diqqətlilik.
- Vakansiya ilə maraqlanan şəxslər https://career.ady.az/Vacancy/Get?id=4893#vp linkinə keçid edərək müraciət edə bilər.
Elanın müddəti bitmişdir