Qarabağ,
Azərbaycan
31.07.2025 00:00
-
31.08.2025 00:00
İş haqqında məlumat
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanika, elektrik, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
- Layihələndirilən cizgilərin elektrik sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğunu yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- MEP üzrə layihələrin analiz olunması, memarlıq, konstruksiya, elektrik və digər bölmələrlə üzləşmasını nəzarətdə saxlamaq;
- MEP sistemlərinin sınaqlarının təşkili, prosedurlarının hazırlanması, sənədləşmənin aparılması;
- Layihələndirmə müddətlərinin elektrik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
- Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək;
- Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək.
Zəhmət olmasa, CV/Rezümeyinizi "Elektrik mühəndisi (Qarabağ)" mövzusu ilə [email protected] və [email protected] ünvanlarına göndərin.
Tələblər
- Elektrik və Elektroenergetika üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 3-5 il təcrübə;
- Yüksək gərginlikdə işləmə bacarığı;
- MS Office və AutoCAD bilikləri.