

Kran avadanlıqlarının təmiri üzrə elektrik montyoru
Baku Steel Company CJSC
Ə/h razılaşma ilə
444
Tam iş günü
Sumqayıt,
Azərbaycan
04.07.2025 10:15
-
04.08.2025 12:00
İş haqqında məlumat
- Zavodda fəaliyyət göstərən kranların elektrik avadanlıqları (elektrik mühərrikləri) fasiləsiz, keyfiyyətli və etibarlı işini təmin etmək;
- Kranlarda istifadə olunan elektrik mühərriklərinin tipini, birləşmə sxemlərini və təmirə çıxarılma qaydalarını bilmək;
- Kranların elektrik təchizat sxemini bilmək, baş vermiş açılmaların qarşısını vaxtında almaq;
- Əsaslı təmirə ehtiyacı olan elektrik mühərriklərini vaxtında müəyyən etmək və bu barədə ustaya məlumat vermək;
- Normativlərə, ТТ və TİQ-ə uyğun olaraq kranın elektrik avadanlıqlarında təmir, yoxlama və profilaktiki tədbirlər aparmaq;
- Maqnit elektrik yükqaldırıcı məhdudlaşdırıcıları yoxlamaq, tənzimləmək və sazlamaq;
- Kranların bütün növ elektrik mühərriklərinin təmiri, sınaq yoxlanması, quraşdırılması və iş sxeminin yığılmasını, onların iş prinsiplərini və birləşmə sxemlərini bilmək;
- Elektrik mühərriklərinin mərkəzləşdirilməsi və balanslaşdırılması üsullarını, nəzarət ölçü alətlərinin sazlanması və tənzimlənməsi qaydalarını bilmək və istifadə etmək;
- Yükləyici, pnevmayükləyici və digər xüsusi maşınların elektrik hissələrinin təmiri və tənzimləməsini bilmək;
- İş yeri: Baku Steel Company, Azərboru İstehsalat Sahəsi, Sumqayıt şəhəri.
Tələblər
- Ali təhsil - elekrik və ya elektroenergetika mühəndisliyi;
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı;
- Sahə üzrə 1 il iş təcrübəsi, daha yuxarı iş təcrübəsi arzuolunandır;
- Sahə üzrə sertifikatının olması üstünlükdür.