Crystal Group

Sahə mühəndisi

Crystal Group
Ə/h razılaşma ilə
331
Tam iş günü
Xankəndi, Azərbaycan
23.05.25 - 28.06.25

İş haqqında məlumat

  • Sahə mühəndisi tikinti layihələrinin uğurla və keyfiyyətlə tamamlanmasında mühüm rol oynayır. Bu vəzifədə çalışan şəxs tikinti işlərinin texnoloji ardıcıllığına riayət olunmasına, müvafiq keyfiyyətin təmin olunmasına nəzarət edəcək, layihə sənədlərinin düzgün aparılmasını təmin edəcək və tikinti proseslərinin səmərəliliyini artırmağa çalışacaqdır.

Əsas Vəzifə və Öhdəliklər:

  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanmasını aparmaq və cədvəllərini tərtib etmək;
  • Tikinti hesabatlarını (Forma 2, Forma 3) tərtib etmək;
  • Tikinti sahəsi üzrə texniki sənədləşmənin əldə edilməsində iştirak etmək, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanmasında və layihələndirmə üzrə tapşırıqların tərtib edilməsində iştirak etmək;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət etmək;
  • Layihə üzrə görülən işlərin iş planını hazırlamaq, layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatlar tərtib etmək;
  • Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri təqdim etmək;
  • İş həcmlərinə nəzarət etmək, layihədə dəyişikliklər baş verərsə iş həcmləri cədvəllərində müvafiq düzəlişlər tərtib etmək;
  • Layihədəki dəyişiklikləri izləmək, müvafiq sənədləşməni aparmaq və sifarişçiyə məlumat vermək;
  • Tikinti prosesində dəyişikliklər və keyfiyyət yoxlamaları ilə bağlı sənədlərin düzgün aparılmasını təmin etmək.

Tələblər

  • Ali təhsil (İnşaat üzrə);
  • Microsoft Office proqramlarını (Excel, Word, Outlook) və AutoCad-i mükəmməl səviyyədə bilmək;
  • Tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
  • İşçi layihələrin bütün bölmələrini oxuma bacarığı;
  • Tikinti sənədləşməsini (aktlar, jurnallar və s.) bacarmaq;
  • Maliyyə təhlili və tikinti bazarı üzrə aktual məlumatlara sahib olmaq;
  • Detallı və dəqiq hesablama bacarığı;
  • Ezamiyyətə açıq olmaq.


Oxşar vakansiyalar