Avenue

Santexnika üzrə Satış Meneceri

Avenue
800 - 1200 ₼
350
Növbəli iş
Bakı, Azərbaycan
03/09/2026 - 17/09/2026

İş haqqında məlumat

  • “Avenue İnteriors” şourumu illərdir premium brendlərin sərgilənməsi və satışı, eləcə də yüksək səviyyəli interyer həllərinin təqdimatı istiqamətində uğurla fəaliyyət göstərir.
  • Təcrübəli, peşəkar komandamızı genişləndiririk və bizimlə birlikdə inkişaf etmək istəyən, satış sahəsində özünü göstərməyə həvəsli namizədləri komandamıza dəvət edirik.

Hazırda “Santexnika üzrə Satış Meneceri” vəzifəsinə namizəd axtarırıq.
Vəzifə öhdəlikləri

  • Şourumda təmsil olunan brendlərin və kolleksiyaların müştərilərə təqdim edilməsi və satışının həyata keçirilməsi;
  • Məhsulların keyfiyyəti, xüsusiyyətləri və digər fərqləndirici cəhətləri barədə müştərilərə ətraflı məlumat verilməsi;
  • Müştəri bazasının formalaşdırılmasında və inkişaf etdirilməsində iştirak;
  • Qarşıya qoyulmuş satış hədəflərinin yerinə yetirilməsi;
  • Müştərilər üçün kommersiya təkliflərinin hazırlanması, təqdim edilməsi və satış prosesinin sonadək izlənilməsi;
  • Görülən işlər üzrə gündəlik və həftəlik hesabatların hazırlanması;
  • Şirkət tərəfindən təşkil olunan təlim və treyninqlərdə iştirak;

İş şərtləri

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmi sənədləşmə;
  • Həftədə 6 günlük iş qrafiki;
  • Növbəli iş rejimi: 10:00–17:00 / 10:00–20:00;
  • Əmək haqqı: 800 - 1200 Azn aralığı + bonus sistemi.
  • İş yeri: Təbriz küç. 70D

Tələblər

  • Premium seqmentdə ən azı 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqət;
  • Satış texnikaları və satış prinsipləri haqqında bilik;
  • Səliqəli, gülərüz, yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Müştəridə müsbət təəssürat yarada biləcək peşəkar davranış və təqdimat qabiliyyəti;
  • Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil və məsuliyyətli olmaq.

Oxşar vakansiyalar